Çərşənbə axşamı, 03 Aprel 2018 06:58

Auditorlar Palatasının rəsmi saytında “Əmək Münasibətləri:A-dan Z-yə” kitab haqqında məlumat

“Hörmətli həmkarımızı bu yeni nəşrin çapdan çıxması münasibətilə ürəkdən təbrik etməklə yanaşı inanırıq ki, gələcəkdə də biz Altay müəllimin belə dəyərli kitablarının ərsəyə gəlməsinin şahidi olacağıq. “

Azərbaycan Respublikası Auditorlar Palatasının rəsmi veb saytı www.audit.gov.az saytında sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu “Əmək Münasibətləri:A-dan Z-yə” kitabı haqqında geniş məlumat dərc olunub.


Həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq, həmin məlumatı saytımızda yayımlayırıq:
Bu günlərdə Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor, Auditorlar Palatası Şurasının üzvü Altay Mürsəl oğlu Cəfərovun “Əmək Münasibətləri (A-dan Z-yə)” kitabının təkmilləşdirilmiş VI nəşri çapdan çıxmışdır. Mühasibin və kadrlar üzrə mütəxəssisin stolüstü kitabı seriyasında nəzərdə tutulmuş bu kitabda ötən nəşrdən sonra Azərbaycan Respublikasında işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik aktlarında baş vermiş dəyişikliklər öz əksini tapmışdır.
Kitab mühasiblərin və kadrlarla iş üzrə mütəxəssislərin işini yüngülləşdirmək, qanununvericilkdə ziddiyyətli görünən məqamları mümkün qədər sadələşdirmək, iş prosesində rast gəlinən çətinlikləri dəf etməkdə yararlı bir vəsait kimi çox dəyərlidir. Xüsusi vurğulamaq yerinə düşər ki, kitabda onlarla nümunəvi formadan, yüzdən artıq misaldan istifadə etmiş müəllif əmək münasibətlərilə bağlı hətta ən mürəkkəb mövzunu belə sadə şəkildə təqdim etməyə çalışmışdır.
Yeni bir anlayış olan, 1 yanvar 2018-ci ildən qüvvəyə minən işsizlikdən sığorta ilə bağlı nəşrdə geniş məlumat verilməklə, onun hesablanması qaydası, ödənilməsi ilə bağlı lazım olan rekvizitlər və məlumatlar da kitabda əks olunmuşdur.
Hörmətli həmkarımızı bu yeni nəşrin çapdan çıxması münasibətilə ürəkdən təbrik etməklə yanaşı inanırıq ki, gələcəkdə də biz Altay müəllimin belə dəyərli kitablarının ərsəyə gəlməsinin şahidi olacağıq.

Mənbə: http://www.audit.gov.az/index.php?type=xebergoster&id=377

Şərh yazın