Çərşənbə axşamı, 05 May 2020 07:45

"Vergi uçotu: A-dan Z-yə" kitabının nəşri ilə bağlı MƏLUMAT

Hörmətli həmkarlar,
Oxucularımızın böyük maraqla gözlədiyi Anar Bayramovun "Vergi ucotu: A-dan Z-yə" kitabının II nəşrinin 5 may 2020-ci il tarixdə satışda olacağını elan etmişdik. Kitabın son versiyasında 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan bütün dəyişikliklər nəzərə alınıb, həmkarlarımızı maraqlandıran yeni əlavələr olunub. Bircə faktı deyək ki, təkcə Vahid Bəyannamənin tərtibi qaydası və bu zaman ən çox rast gəlinən xəta bildirişlərinin izahı kitabda 60 səhifəyə yaxın yer tutur.

Pandemiya ilə bağlı Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda nəzərdə tutulan yeni dəyişikliklər kitabın satışa çıxması ilı bağlı planlarımızı dəyişdi. Dəyişikliklər artıq parlamentdə birinci oxunuşdan keçib, həftənin sonuna kimi sənədin qəbul olunacağı gözlənilir.
Son dəyişikliklərin əhəmiyyətini nəzərə alaraq "Vergi ucotu: A-dan Z-yə" kitabının II nəşrinin çapını dəyişikliklər təsdiq olunanadək təxirə salmağı qərar aldıq.
İnşallah, dəyişikliklər qüvvəyə minsin, gələn həftənin sonunda sanballı bir kitabla qarşınıza çıxacağıq.
Xahiş edirik, bu məlumatı nəzərə alarsınız.
Devimizə sadiqiq: Öyrətmək Savab, öyrənmək qazancdır

2 şərhlər

  • Şərh bağlantısı Elmeddin Cümə, 15 May 2020 10:38 tərəfindən təqdim olunub Elmeddin

    Mündəricatı göndərərsiz, zəhmət olmasa

  • Şərh bağlantısı Aqil Eyvazov Çərşənbə, 06 May 2020 08:29 tərəfindən təqdim olunub Aqil Eyvazov

    Bu kitabınızın da digər nəşrləriniz kimi faydalı olacağını bildiyimiz üçün, səbirsizliklə gözləyirik. Uğurlar

Şərh yazın