Rayon qeydiyyatında olan şəxs Bakıda VÖEN ala bilər?

Rayon qeydiyyatında olan şəxs Bakıda VÖEN ala bilər?

Sual: Mən Culfa Rayon Vergilər Şöbəsində qeydiyyatda olan verdi ödəyicisiyəm. Faktiki olaraq Abşeron rayon Digah qəsəbəsində yaşayıram. İstəyirəm ki, faktiki yaşadığım yer üzrə (Abşeron Rayon Vergilər İdarəsi) vergi ödəyicisi kimi qeydiyyata düşəm. Xatırladım ki, Digah qəsəbəsində mənə məxsus həyətyanı sahədə tikdiyim evdə yaşayır, bütün kommunal ödənişlərimi ödəyirəm. Yəni konkret ünvanım bəllidir. Xahiş edirəm, bu məsələdə mənə yardımçı olasınız.
Fariz Xudakərim Yunisli, [email protected], Abşeron rayonu (21.02.2018)
Cavab: Bildiririk ki, yaşayış yeriniz üzrə qeydiyyata alınmaq üçün faktiki qeydiyyatda olduğunuz vergi orqanına “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”yə zəruri təsdiqedici sənədləri (yaşayış yerindən arayış, vergi uçotu haqqında şəhadətnamə) əlavə etməklə müraciət etməlisiniz.
Yeni ünvan üzrə vergi ödəyicisinin yenidən uçota alınması (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) ərizə vergi orqanına daxil olduqdan sonra 15 gün müddətində həyata keçirilməlidir.
Bax: VM-nin 34-cü maddəsi, VN-nin Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

1 Komment

  1. Əlizamin 11 Fevral 2023

    Salam, Astara rayon qeydiyyatındayam. Bakıda vöen açdıra bilerem?

Şərh yazın

Xəbərlər