RƏSMİ! 50 faizlik limitin tətbiqi nəticəsində ... 34 661 nəfərin iş icazəsi ləğv edildi

RƏSMİ! 50 faizlik limitin tətbiqi nəticəsində ... 34 661 nəfərin iş icazəsi ləğv edildi

İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 25 iyun 2020-ci il tarixli qərarı ilə bəzi fəaliyyət sahələrində sərtləşdirilmiş karantin rejimi günlərində işə çıxan əməkdaşların sayına məhdudiyyətlər tətbiq edilib. 

Dövlət qurumu həmin fəaliyyət sahələri, orada çalışan vergi ödəyiciləri, onların işçi sayı və tətbiq edilən məhdudiyyətlərlə bağlı məlumatları açıqlayıb.  Cədvəldən göründüyü kimi, 24 520 vergi ödəyicisi bu kateqoriyaya uyğun gəlsə də, aktiv vergi ödəyicilərinin sayı 7300 olub. Həmin aktiv vergi ödəyicilərinin 69 322 işçisi olub ki, bu da orta hesabla hər vergi ödəyicisinə təxminən 10 işçi olmasını göstərir. Nazirlət Kabinetinin qərarına uyğun olaraq 34661 nəfərin (69 322 nəfər x 50 faiz) iş icazəsi ləğv olunub.  

 
 
 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər