Vergi daxilolmalarında rekord yığım: İcra faizi 150,5 % olub

Vergi daxilolmalarında rekord yığım: İcra faizi 150,5 % olub

Mikayıl Cabbarov: "Dövlət Vergi Xidmətinin əməkdaşlarına,eləcə də bütün vicdanlı sahibkarlara gərgin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edirəm"

Bu ilin yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 % artaraq 5 milyard 35,4 milyon manat təşkil edib və proqnoz 150,5 % səviyyəsində icra olunub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"Ölkə iqtisadiyyatının bərpası prosesinin sürətləndirilməsi və vətəndaşlarımızın rifahının daha da yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsi olaraq dövlət büdcəsinə vergi daxilolmalarında növbəti dəfə yüksək göstəricilər əldə olunub", nazir qeyd edib.

M.Cabbarovun sözlərinə görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 49,7 % artaraq 3 milyard 430,2 milyon manat olub və proqnoz 133,5 % yerinə yetirilib: "Bu nailiyyətin əldə edilməsində önəmli rolu olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına,eləcə də bütün vicdanlı sahibkarlara gərgin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edirəm". (Report)

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

 
 
 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər