Vergi orqanından şəhadətnamə-dublikatın alınması ləğv olunur?

Vergi orqanından şəhadətnamə-dublikatın alınması ləğv olunur?

Görüşdə banklar arasında hesabların açılması üzrə məlumat mübadiləsinin sadələşdirilməsi müzakirə edilib

Mayın 5-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvləri ilə görüşüb. Görüşdə ABA və DVX rəhbərliyi, həmçinin ölkənin aparıcı banklarının nümayəndələri iştirak ediblər. DVX rəisi bildirib ki, görüşün əsas məqsədi bank sektorunda qarşıya çıxan praktiki məsələlərin daha ətraflı müzakirəsi, vergi qanunvericiliyi və inzibatçılığının formalaşdırılması istiqamətində birgə əməkdaşlıq etməkdir. 

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bank sektorunun təmsilçiləri ilə görüş üçün təşəkkürünü bildirib, qaldırılan bir çox məsələlərin təkcə bank sektoruna deyil, ümumilikdə “kölgə iqtisadiyyatı” İlə mübarizə kontekstində vergi ödəyicilərinin fəaliyyəti ilə bilavasitə bağlı olduğunu qeyd edib.

Görüşdə bank sektoru qarşısında duran bir sıra məsələlər, o cümlədən problemli kreditlər üzrə bankların balansına keçən əmlak və torpaq sahələrinin vergiyə cəlb olunması, DVX və banklar arasında hesabların açılması üzrə məlumat mübadiləsinin sadələşdirilməsi, borclu vergi ödəyicilərinin bank hesablarına sərəncamların tətbiqi, vergi qanunvericiliyində bank sektoru üçün sanksiyalar, mikrosahibkarların kreditləşdirilməsi prosesi, beynəlxalq vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması zamanı tətbiq olunan prosedurlar və s. məqamlar müzakirə edilib. Qeyd olunub ki, DVX ilə yanaşı, bank sektoru da vergi ödəyicilərinin şəffaf fəaliyyətində, dövriyyələrin “ağardılması”nda maraqlıdır və bu prosesdə dövlət-özəl sektor əməkdaşlığı yüksək qiymətləndirilir.

Orxan Nəzərli qaldırılan məsələlərlə bağlı DVX-nin mövqeyini açıqlayıb, bir sıra məqamlarla əlaqədar izahedici mövqelərin hazırlanması və banklara göndərilməsi razılaşdırılıb. Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayeva və İlkin Vəliyev, Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət Baş İdarəsinin rəisi Zaur Fətizadə, habelə DVX-nin digər rəhbər vəzifəli şəxsləri qaldırılmış məsələlərlə bağlı müvafiq şərhlər veriblər. Geniş və detallı müzakirəsi tələb olunan məsələlər barədə isə qurumlar arasında işçi qrupun yaradılması və birgə əməkdaşlıq çərçivəsində işlərin davam etdirilməsi qərara alınıb.

Görüş müzakirələrlə davam etdirilib, vergitutmanın müxtəlif aspektlərini əhatə edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

P.S. Mks.az saytının əldə etdiyi məlumat əsasən, Vergi Məcəlləsində təklif ediləcək dəyişikliyə görə vergi ödəyicisinin  vergi orqanından şəhadətnamə-dublikatın alınması tələbi ləğv ediləcək. Kredit təşkilatı vergi ödəyicisinə hesab açdıqdan sonra vergi orqanına məlumat göndərməsi ilə prosesin yekunlaşması gözlənilir.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər