Çərşənbə, 29 Dekabr 2021 12:22

Vergi Məcəlləsində yeni dəyişikliklərlə bağlı müvafiq icra hakimiyyəti orqanları müəyyən edildi (FƏRMAN)

Vergi Məcəlləsində müvafiq icra hakimiyyəti orqanlarının müəyyən edilməsi və dəyişikliklər bağlı digər qanunvericilikdə düzəlişlərlə bağlı  “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı həmkarlarımızın diqqətinə çatdırırıq.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsini 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.3-cü, 14-2.2-ci, 15.1.15-ci (hər iki halda), 16.1.4-cü, 16.1.4-1-ci, 16.1.4-2-ci, 16.1.4-3-cü, 16.1.8-ci (hər iki halda), 16.1.11-11-ci, 16.10-cu, 23.1.3-2-ci, 23.1.15-1-ci, 26.2-1-ci (hər iki halda), 30.6.14-cü, 33.2-ci, 58.2-1-ci, 71-1.3-1-ci, 71-3.2-ci, 85.6.3-cü, 85.11-ci (hər iki halda), 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində, 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 90.3-1-ci maddəsində, 102.1.3.4-cü maddəsinin ikinci hissəsində, 106.1.5-ci (hər iki halda), 106.1.18-ci (ikinci halda), 108.4-cü, 108.5-ci, 150.3.3-cü, 150.3-6-cı, 164.1.7-ci, 164.1.34-cü və 164.1.46-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 26.2-1-ci (birinci halda), 71-1.3-1-ci və 106.1.18-ci (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 14.3.3-cü, 15.1.15-ci (birinci halda), 71-3.2-ci, 90.3-1-ci, 108.4-cü, 108.5-ci, 164.1.7-ci və 164.1.46-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 14-2.2-ci, 16.1.4-1-ci, 16.1.4-2-ci, 16.1.4-3-cü, 16.1.11-11-ci, 16.10-cu, 23.1.3-2-ci, 33.2-ci, 58.2-1-ci, 150.3.3-cü və 150.3-6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 15.1.15-ci (ikinci halda), 26.2-1-ci (ikinci halda) və 85.11-ci (hər iki halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Məcəllənin 30.6.14-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.8. həmin Məcəllənin 85.6.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.9. həmin Məcəllənin 102.1.3.4-cü maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.10. həmin Məcəllənin 106.1.5-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi qismində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.11. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun 2.2-ci maddəsində, 2.3-cü maddəsinin ikinci hissəsində və 2.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.12. həmin Qanunun 2.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.13. həmin Qanunun 2.3-cü maddəsinin ikinci hissəsində və 2.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-3.2-ci maddəsinə uyğun olaraq, elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin formasını, tətbiqi, uçotu və istifadəsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.2. həmin Məcəllənin 164.1.7-ci maddəsinə uyğun olaraq, kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.3. həmin Məcəllənin 164.1.34-cü maddəsinə uyğun olaraq, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.4. həmin Məcəllənin 164.1.46-cı maddəsinə uyğun olaraq, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-2.2-ci maddəsinə uyğun olaraq, nəzarət olunan xarici müəssisə haqqında arayışın təqdim edilmə forması və qaydasını;

3.1.2. həmin Məcəllənin 16.1.4-2-ci maddəsinə uyğun olaraq, istehsal edilən məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumat formasını;

3.1.3. həmin Məcəllənin 16.1.11-11-ci maddəsinə uyğun olaraq, idxal ediləcək mallar barədə məlumat formasını.

3.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560, № 11, maddə 1356, № 12 (I kitab), maddə 1504; 2021, № 1, maddə 35, № 3, maddə 220, № 4, maddə 323, № 6 (I kitab), maddə 585) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci (hər iki halda), 13.2.52-ci, 13.2.53-cü, 13.2.58-ci, 13.2.59-cu, 13.2.72-ci, 13.2.75-ci, 13.2.78-ci (hər üç halda), 13.2.79-cu, 13.2.80-ci (hər iki halda) maddələrində, 13.2.82-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.2.84-cü, 14.3.3-cü, 14-2.2-ci, 15.1.15-ci (hər iki halda), 16.1.3-1-ci (hər iki halda), 16.1.4-cü, 16.1.4-1-ci, 16.1.4-2-ci, 16.1.4-3-cü, 16.1.8-ci (hər iki halda), 16.1.11-9-cu, 16.1.11-11-ci, 16.6-cı (hər iki halda), 16.7-ci (hər iki halda), 16.8-ci maddələrində, 16.9-cu maddəsinin birinci cümləsində, 16.10-cu, 22-1.1-ci maddələrinin birinci (hər üç halda) və ikinci cümlələrində, 22-1.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 22-1.3-cü (hər üç halda) maddəsində, 22-1.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.1.3-2-ci, 23.1.15-1-ci, 23.1.15-4-cü (aksiz markaları ilə markalanmalı mallara münasibətdə), 24.0.4-1-ci maddələrində, 24.0.6-cı maddəsinin ikinci cümləsində, 24.0.7-1-ci, 26.2-1-ci (hər iki halda), 27.2-ci, 28.3-cü, 30.6.8-ci, 30.6.9-cu (hər iki halda), 30.6.14-cü, 33.2-ci, 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (hər üç halda), 33.10-cu maddələrində, 34.3-1-ci maddəsinin ikinci abzasının birinci cümləsində, 50.1.9-cu (aksiz markaları ilə markalanmalı mallara münasibətdə), 50-2.1-ci, 50-2.2-ci, 58.2-1-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 67-1.3-cü, 67-2.4-cü, 71-1.3-cü, 71-1.3-1-ci, 71-2.2-ci, 71-3.2-ci, 76.1-1-ci (hər iki halda), 77.5-ci (hər üç halda), 77.6-cı (hər üç halda), 77.7.2-ci, 77.7.3-cü, 85.6.3-cü maddələrində, 85.11-ci (hər iki halda), 90.1-ci, 90.3-cü maddəsinin birinci hissəsində, 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində,90.3-1-ci, 98.2.7-ci, 101.1-4-cü, 102.1.3.4-cü maddəsinin ikinci hissəsində, 102.1.4-cü, 102.1.17-ci, 102.1.21-ci, 102.1.28-ci, 102.1.29-cu (hər iki halda), 102.1.33-cü, 102.1.35-ci, 106.1.5-ci (hər iki halda), 106.1.9-cu, 106.1.10-cu, 106.1.12-ci, 106.1.13-cü, 106.1.18-ci (hər iki halda), 106.1.24-cü, 106.1.27-ci, 106.1.28-ci, 108.4-cü, 108.5-ci, 122.3-cü, 128.3-cü, 130.1-1-ci, 150.3.3-cü, 150.3-1-ci maddəsinin ikinci hissəsində, 150.3-4-cü, 150.3-5-ci, 150.3-6-cı, 164.1.7-ci, 164.1.15-ci (birinci halda), 164.1.16-cı (birinci halda), 164.1.20-ci, 164.1.28-ci (birinci və ikinci hallarda), 164.1.34-cü, 164.1.35-ci, 164.1.36-cı, 164.1.40-cı, 164.1.42-ci, 164.1.46-cı, 164.1.48-ci (hər iki halda), 164.1.49-cu, 164.1.52-ci, 164.1.53-cü, 164.1.54-cü, 165.1.7-ci (hər iki halda), 165.1.9-cu, 165.3-cü maddələrində, 165.5-ci və 165.6-cı maddələrinin birinci cümlələrində, 175.9-cu maddəsində, 194.1-ci maddəsinin birinci və ikinci (hər iki halda) cümlələrində, 194.1-1-ci, 199.7-ci, 199.8-ci, 199.16-cı (hər üç halda), 207.3-cü, 207.4-cü, 207.7-ci (hər üç halda), 218-1.1.3-cü maddələrində, 221.4.7-ci maddəsinin birinci cümləsində, 221.4.13-cü maddəsinin birinci və ikinci abzaslarında (birinci halda), 222.3-cü maddəsinin ikinci cümləsində, 222.5.9-cu, 222.7-ci, 224.4-cü, 224.11-ci maddələrində və 225.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

4.2. 1.2-ci bənddə “67-2.4-cü,” sözləri “26.2-1-ci (birinci halda), 67-2.4-cü, 71-1.3-1-ci,” sözləri ilə, “150.1.13.3-cü” sözləri “106.1.18-ci (ikinci halda)” sözləri ilə əvəz edilsin;

4.3. 1.7-ci bəndə “13.2.84-cü,” sözlərindən sonra “14.3.3-cü, 15.1.15-ci (birinci halda),” sözləri, “71-2.2-ci,” sözlərindən sonra “71-3.2-ci,” sözləri, “77.7.3-cü,” sözlərindən sonra “90.3-1-ci,” sözləri, “106.1.18-ci” sözlərindən sonra “(birinci halda)” sözləri, “106.1.27-ci,” sözlərindən sonra “108.4-cü, 108.5-ci, 164.1.7-ci,” sözləri, “164.1.34-cü,” sözlərindən sonra “164.1.46-cı,” sözləri əlavə edilsin və həmin bənddən “26.2-1-ci (ikinci halda),” və “71-1.4-cü,” sözləri çıxarılsın;

4.4. 1.8-ci bənddə “ikinci abzasda” sözləri “ikinci hissədə” sözləri ilə əvəz edilsin;

4.5. 1.9-cu bənddən “24.0.7-2-ci,”, “90.3-cü maddəsinin üçüncü abzasında (ikinci halda),” və “150.3.3-cü,” sözləri çıxarılsın;

4.6. 1.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“1.10. həmin Məcəllənin 13.2.78-ci (birinci və ikinci hallarda), 14-2.2-ci, 16.1.3-1-ci (birinci halda), 16.1.4-cü, 16.1.4-1-ci, 16.1.4-2-ci, 16.1.4-3-cü, 16.1.11-11-ci, 16.6-cı (birinci halda), 16.7-ci (birinci halda), 16.8-ci maddələrində, 16.9-cu maddəsinin birinci cümləsində, 16.10-cu, 22-1.1-ci maddələrinin birinci cümlələrində (birinci və üçüncü hallarda), 22-1.3-cü (birinci və üçüncü hallarda), 23.1.3-2-ci, 24.0.4-1-ci maddələrində, 24.0.6-cı maddəsinin ikinci cümləsində, 33.2-ci, 34.3-1-ci maddələrinin ikinci abzasının birinci cümlələrində, 58.2-1-ci, 76.1-1-ci (birinci halda), 150.3.3-cü, 150.3-1-ci maddələrinin ikinci hissəsində,150.3-4-cü, 150.3-5-ci, 150.3-6-cı, 164.1.54-cü, 199.16-cı (üçüncü halda), 207.7-ci (üçüncü halda) maddələrində və 225.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”;

4.7. 1.11-ci bənddən “85.9-cu, 85.11-ci,” və “90.3-cü maddəsinin üçüncü abzasında (üçüncü halda),” sözləri çıxarılsın;

4.8. 1.12-ci bənddə “13.2.72-ci (ikinci halda)” sözləri “13.2.72-ci” sözləri ilə, “26.2-1-ci (üçüncü halda)” sözləri “26.2-1-ci (ikinci halda)” sözləri ilə əvəz edilsin və həmin maddəyə “13.2.82-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “15.1.15-ci (ikinci halda),” sözləri və “194.1-ci” sözlərindən əvvəl “85.11-ci (hər iki halda),” sözləri əlavə olunsun;

4.9. 1.15-ci bənddə “və 33.7.9-cu (ikinci və üçüncü hallarda)” sözləri “, 33.7.9-cu (ikinci və üçüncü hallarda) və 85.6.3-cü” sözləri ilə əvəz edilsin;

4.10. 1.16-cı bənddə “, 158.2-ci və 195.2-ci” sözləri “və 158.2-ci” sözləri ilə əvəz edilsin;

4.11. 1.17-ci bəndə “maddəsində” sözündən sonra “və 102.1.3.4-cü maddəsinin ikinci hissəsində” sözləri əlavə edilsin;

4.12. 1.20-ci və 1.42-ci bəndlər ləğv edilsin;

4.13. 1.29-cu bənddə “və 220.1-1-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;

4.14. aşağıdakı məzmunda 1.40-1-ci və 1.40-2-ci bəndlər əlavə edilsin:

“1.40-1. həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.40-2. həmin Məcəllənin 30.6.14-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”;

4.15. 1.43-cü bəndə “maddələrində” sözündən əvvəl “(birinci halda)” sözləri əlavə edilsin;

4.16. aşağıdakı məzmunda 1.43-1-ci bənd əlavə edilsin:

“1.43-1. həmin Məcəllənin 106.1.5-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi qismində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.

5. “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 196, № 4, maddə 549, № 6, maddə 1074; 2019, № 12, maddə 1945; 2021, № 1, maddə 43) ləğv edilsin.

6. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2571) 1.1.8-ci yarımbəndi ləğv edilsin.

7. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 245) aşağıdakı dəyişikliklər edilsin:

7.1. adında, 1-ci hissədə və 2.3-cü bənddə “və ya ictimai iaşə” sözləri “, ictimai iaşə və tibb” sözləri ilə, “(neft və qaz məhsulları istisna olmaqla)” sözləri “(neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə” sözləri ilə əvəz edilsin;

7.2. həmin Fərmanla təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydası üzrə:

7.2.1. adında və 1.1-ci bənddə “və ya ictimai iaşə” sözləri “, ictimai iaşə və tibb” sözləri ilə, “(neft və qaz məhsulları istisna olmaqla)” sözləri “(neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə” sözləri ilə əvəz edilsin;

7.2.2. 1.4-cü bənddən “və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın” sözləri çıxarılsın;

7.2.3. 1.5-ci bəndə “mallara” sözündən sonra “və göstərilmiş xidmətlərə” sözləri əlavə edilsin;

7.2.4. 2.0.1-ci yarımbənddə “və ya ictimai iaşə” sözləri “, ictimai iaşə və ya tibb” sözləri ilə əvəz edilsin;

7.2.5. 2.0.2-ci yarımbəndə “malı” sözündən sonra “və ya xidməti” sözləri əlavə edilsin;

7.2.6. 2.0.3-cü və 2.0.6-cı yarımbəndlərdə “alınmış mallara” sözləri “aldıqları mallara və onlara göstərilən xidmətlərə” sözləri ilə əvəz edilsin;

7.2.7. 2.0.7-ci və 4.2.2-ci yarımbəndlərdə “və ya ictimai iaşə” sözləri “, ictimai iaşə və tibb” sözləri ilə əvəz edilsin və həmin yarımbəndlərə “mallara” sözündən sonra “və göstərilmiş xidmətlərə” sözləri əlavə olunsun;

7.2.8. 5.1-ci bəndin birinci və üçüncü cümlələrinə “malların” sözündən sonra “və ona göstərilmiş xidmətlərin” sözləri, ikinci cümləsinə “mal alışına” sözlərindən sonra “və xidmətlərin göstərilməsinə” sözləri əlavə edilsin.

8. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542, № 7, maddə 862, № 9, maddə 1151) aşağıdakı dəyişikliklər edilsin:

8.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 4.0.25-ci yarımbəndinə birinci halda “barədə” sözündən sonra “(əmlak satışı ilə bağlı olmayan iddia)” sözləri əlavə edilsin və həmin yarımbənddə “əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq” sözləri “dövlət əmlakının, habelə digər daşınmaz əmlakının, eləcə də dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki qurum vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakın isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakın satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək” sözləri ilə əvəz edilsin;

8.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

8.2.1. 3.0.17-ci yarımbəndə “müsadirə olunmuş əmlakın,” sözlərindən sonra “vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış daşınmaz əmlakının, habelə dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının və” sözləri əlavə edilsin;

8.2.2. 3.0.51-ci yarımbəndə “hərraclarının” sözündən sonra “, eləcə də vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının, habelə dəyəri 5000 manatdan artıq olan daşınar əmlakın satılması ilə bağlı hərracların” sözləri əlavə edilsin.

9. Bu Fərmanın 7-ci hissəsi alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə 2022-ci il oktyabrın 1-dən qüvvəyə minir.

10. Bu Fərmanın 9-cu hissəsi nəzərə alınmaqla, bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2021-ci il

Şərh yazın