Cümə, 03 İyul 2020 07:26

Diqqət!!! Sadələşdirilmiş vergi bəyannaməsində YENİ DƏYİŞİKLİK

Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən, dövriyyədən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyən vergi ödəyicilərinə 50 faiz güzəşt tətbiq ediliyindən həmin şəxslər 1 faiz dərəcə ilə vergi ödəyəcəklər.

Vergi Məcəlləsinə əlavə edilən 224.3-cü maddəyə əsasən, Məcəllənin 218-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edən şəxslərə münasibətdə bu Məcəllənin 220.1-ci maddəsində göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılır. 
Artıq BTP proqramının yeni versiyasında (v4.1.2) həmin düzəliş həyata keçiridiyindən sadələşdirilmiş vergi ödəyiciləri mütləq yeni versiyanı yükləməlidirlər.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

 
 
 

1 Şərh

  • Şərh bağlantısı UMUD Çərşənbə axşamı, 07 İyul 2020 12:10 tərəfindən təqdim olunub UMUD

    Nəticə etibarilə, sabit qəbz əsasında fəaliyyət göstərən vergi ödəyiciləri artıq vahid qəbz almaqla həm vergi öhdəliklərini, həm də sosial sığorta öhdəliklərini yerinə yetirmiş olurlar. Bununla da, göstərilən fəaliyyət üzrə vergi orqanlarına vergi hesabatı və sosial sığorta hesabatı təqdim etmirlər”. BES SABIT QEBZILE FEALIYYET GOSTERAN ICARE HAQQI ODEMA MENBEYINDEN ODEYIRSE ONA GORE HESABAT GONDERMELIDIR?BES BUNU NIYE QANUNDA NEZARA ALMADIZ.BIR ICARE HAQQINA GORE YENIDEN BEYANNAME GONDERMELIDIR VE ODENIS ETMELIDIR.YOKSA CERMA YAZILIR.NE OLARDI SABIR QEBZ ALANDA BUDA NEZARA ALINSIN.

Şərh yazın