İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti muzdlu işçilərlə bağlı yeni açıqlama verib: "Dövlət qurumlarının tabeliyində olan tam təsərrüfat hesablı müəssisələrin əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi üçün İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) vergi ödəyicisinin şəxsi elektron kabinetində yerləşdirilmiş müraciət formasını dolduraraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərmək lazımdır.

Qismən təsərrüfat hesablı müəssisələrə maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmadığından, onlardan müraciət etməmələri xahiş olunur."