"vergiler.az" onlayn qəzetinin təşkilatçılığı həyata keçirilən "Rəsmi cavab" rubrikasının növbəti qonağı Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovdur. Mövzu "Vergi uçotu və dövlət qeydiyyatı sahəsində vergi ödəyicilərinin rastlaşdığı məsələlər" adlanır.

Oxucular hüquqi və fiziki şəxslərin qeydiyyatı, bu sahədə nəzərdə tutulan yeniliklər, uçot-məlumat bazası, "ASAN xidmət" mərkəzlərində Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlər, məcburi dövlət sosial sığortasının məqsədləri üçün ailə kəndli təsərrüfatlarının və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotu, bank hesablarının açılması və s. məsələlərlə bağlı suallar ünvanlaya bilərlər.

"Rəsmi cavab" rubrikasının müəyyən edilmiş mövzusu ilə bağlı suallarınızı 4 iyul 2019-cu il tarixədək [email protected] ünvanına göndərə bilərsiniz. Sualların rubrikanın mövzusuna aid olması mütləqdir.

Bundan əlavə, suallarınızı comment hissəsində yaza bilərsiniz vəya [email protected] email adressinə də göndərə bilərsiniz. Suallarınız rubrikanın mövzusuna uyğun olaraq ümümiləşdirilərək vergiler.az saytına təqdim ediləcək.

Həmkarlarımız adından "Vergiler.az" saytına bu cür faydalı təşəbbüsünə görə təşəkkür edirik.

 

"Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]