Vergilər Nazirliyi əmək haqqından gəlir vergisi bağlı aktual sualı cavablandırdı

Vergilər Nazirliyi əmək haqqından gəlir vergisi bağlı aktual sualı cavablandırdı

Bir nəfər müharibə veteranıdır, 3 uşağı var. Əmək haqqı 723 manatdır. Onun gəlir vergisi necə tapılacaq? 
 
Sual: Sizə əmək haqqı ilə bağlı sual vermək isteyirəm. Məsələn: Bir nəfər müharibə veteranıdır, 3 uşağı var. Əmək haqqı 723 manatdır. Onun gəlir vergisi necə tapılacaq? Güzəşt veteranlar üçün 400 manatdır. 3 uşağı olanda 50 manat güzəşt var. Bunun gəlir vergisi (723-(400+173+50))*14%- belə hesablanacaq?
Aslan Rüstəmov Nazim, [email protected] (13.01.2018) 
 
Cavab: Bildiririk ki, Vergi Məcəlləsi güzəşt hüququ olan şəxsə Vergi Məcəlləsinin 102.1.6-cı (2018-ci il üzrə 173 manat), 102.2.7-cü (400 manat) və 102.5-ci (50 manat) maddələrinin eyni zamanda tətbiqini istisna etmir və bu baxımdan da qeyd etdiyiniz hesablama qaydası düzgündür.
 
Xatırladırıq ki, müharibə veteranına və üç azyaşlı uşağa görə güzəşt hüquqlarının qüvvəyə minməsi üçün işçinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) Nazirlər Kabinetinin müvafiq qaydaları ilə müəyyən olunan sənədlər təqdim olunmalıdır.
 
Bax: Vergi Məcəlləsinin 102.1.6-cı, 102.2.7-cü, 102.5-ci və 102.8-ci maddələri, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”, “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli 906-VQ nömrəli Qanunu.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər