Vətəndaş bankların onun adına saxta kredit etməsini necə öyrənə bilər?

Vətəndaş bankların onun adına saxta kredit etməsini necə öyrənə bilər?

Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit reyesti xidmətinin rəhbəri Elçin Həbibovun "Monitor Konsaltinq" jurnalının 28-ci sayına müsabihəsindən:

Sual: Son zamanlar bəzi kredit təşkilatlarında vətəndaşların adından istifadə edərək yalançı kredit müqavilələri tətbiq olunur. Bu səbəbdən istənilən vətəndaş MKR-ə müraciət etməklə öz kreditləri haqqında məlumatları ala bilərmi? Əgər ala bilərsə, vətəndaş məlumatlar haqqında uyğunsuzluq haqqında kimə şikayət etməlidir?
Cavab: Hər hansı neqativ hal hüquqi müstəvidə araşdırmaların mövzusudur. Lakin vətəndaşların MKR-ə müraciət edərək özləri haqqında məlumatlar əldə etməsinə heç bir məhdudiyyət yoxdur və cari il ərzində 1092 şəxs bu imkandan istifadə edib. Burada bir məsələni də xüsusilə qeyd etmək istərdim ki, şəxslərin öz kredit hesabatlarını əldə etmək üçün ödədikləri

rüsum da 2011-ci ilin fevralından aradan qaldırılıb. MKR-də şikayətlərlə bağlı prosedurlar da mövcuddur və bu qeyd olunan qaydalarda öz əksini tapıb. Şəxs MKR-də olan məlumatlarla razı olmadıqda əlavə sənədlərlə (əgər varsa) birlikdə MKR xidmətinə rəsmi şikayət təqdim edə bilər və MKR prosedurla ra uyğun olaraq məlumat təchizatçıları ilə müvafiq dəqiqləşdirmələr apararaq qərar qəbul edir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər