Bazar, 22 Aprel 2018 06:21

Yeni Əmək və Əhalinin Sosial Müdafiə Naziri tanınmış şəxsin övladıdır

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev 38 yaşlı Sahil Babayevi  Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin edib. Axar.az-ın verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin edilən 38 yaşlı Sahil Babayev tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Məlumat üçün bildirək ki, Sahil Babayev 1980-ci ildə anadan olub.  2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur. 
1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.
2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib. 
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.
Ailəlidir.

 
 

Şərh yazın