Avandalığın icarəsinə görə ödəmə mənbəyindən vergi tutulmalıdır?

Avandalığın icarəsinə görə ödəmə mənbəyindən vergi tutulmalıdır?

Sual: Hörmətli Vergilər Nazirliyinin əməkdaşları, sualım əsas vəsaitlərin xaricdən müvəqqəti icarəyə götürüldüyü halında mənbədən tutulan vergi barədədir. Belə ki, yerli istehsalat üçün tələb olunan avadanlığın (əsas vəsait) xaricdən icarəyə götürüldükdə, 14% mənbədən tutulan verginin buna şamil olunub-olunmamasına aydınlıq gətirməyinizi xahiş edirəm. Bizim avadanlıq sıradan çıxıb və uzun müddətli təmirə ehtiyacı vardır. İstehsalatı dayandırmamaq üçün, xaricdən müvəqqəti icarəyə götürməliyik, lakin bu zaman 14% əlavə vergi xərci yaranması təhlükəsi var. Bu isə bizim rentabelliyi tam pozur və rəqabətə dözümlü mal ixrac etmək qabiliyyətimizi azaldır.
Fərhad Pərvizi, [email protected] (26.02.2018) 
Cavab: Bildiririk ki, daşınan və daşınmaz əmlakını icarəyə verən qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən olunan gəlirinin vergidən azad olunması vergi qanunvericiliyində nəzərdə tutulmur və bu səbəbdən həmin gəliri qeyri-rezidentə ödəyən rezident tərəfindən ödənilməli olan məbləğdən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulmalıdır.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər