Online Kargüzarlıqla bağlı bilməli olduqlarımız

Online Kargüzarlıqla bağlı bilməli olduqlarımız

Daxil olan məktublar rəsmi sayılır və neçə gündən sonra telefona SMS xidməti aktivləşir?
 
Sual: Mənim bu nömrəmə sms gəlib 0503591786 orda yazılıb ki, sizin vergi idarəsində elektron qutunuzda 14 ədəd oxunulmamış sənədiniz vardir. Bu nəyi bildirir və mən fəaliyyət göstərmirəm fəaliyyətimi dondurmuşam! Xahiş eləyirəm bunu dəqiqləşdirəsiniz!
Taleh Qasımov Hüseyn, Bakı (21.02.2018) 
Cavab: Bildiririk ki, vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlamış hər bir vergi ödəyicisi üçün İnternet Vergi İdarəsində fərdi elektron qutu yaradılır. Elektron qutusu olan vergi ödəyicilərinə sənədlər (uyğunsuzluq məktubları, bildirişlər, xəbərdarlıqlar, məlumatlar və s.) onların fərdi elektron qutusuna göndərilir.  Vergi orqanından göndərilən hər hansı sənədin yalnız kağız daşıyıcısında göndərilməsi tələb olunduğu hallar istisna olmaqla, digər hallarda fərdi elektron qutusu olan şəxslərlə yazışmalar elektron formada aparılır. Qeyd edək ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən istənilən sənəd rəsmi statusa malikdir.
Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunulmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Elektron qutuya göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az internet saytına (İnternet Vergi İdarəsinə) daxil olaraq açılan pəncərədə “Giriş” düyməsini sıxıb “Sistemə giriş səhifəsi”ndə istifadəçi kodu, parol, şifrəni yazıb və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda müvafiq məlumatları daxil edib “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olaraq “Gələnlər” qovluğuna keçid etmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz. Eyni zamanda, qeyd olunanlar barədə videotəlimatla “Youtube” videohostinqdə də tanış ola bilərsiniz.
Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.
Bax: Nazirlər Kabinetinin 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər