www.mks.az saytından HR meneceri olmaq istəyənlərə peşəkarlıq dərsi

www.mks.az saytından HR meneceri olmaq istəyənlərə peşəkarlıq dərsi

Təlimçilər də etiraf edirdilər ki, bu cür aktiv iştirakçılığa rast gəlməyiblər
 
03-04 fevral 2018-ci il tarixlərində www.mks.az saytının təşkilatçılığı ilə “Kargüzarlıqdan HR idarəetməsinə gedən yol: A-dan Z-yə” adı altında HR işini öyrənmək istəyənlər üçün 2 günlük ödənişsiz təlim keçirilib. Təlimdə “Sənədlərin tərtibi, rəsmiləşdirilməsi və saxlanılmasına olan tələblər”,  “İnsan resursları bölməsinin və işçi seçimi prosesinin təşkili (işçi seçimi elanı, namizədə meyarlarların müəyyənləşdirilməsi, müsabiqənin nəticələrinin rəsmiləşdirilməsi və s.)”, “İşçinin karyera imkanları, motivasiya və cəzalandırma tədbirləri”, “Əmək müqaviləsinə xitam verilməsilə bağlı rəsmiləşdirmə və müavinətlərin hesablanması”, “İş vaxtı, əmək haqqı, məzuniyyət  və əmək müqaviləsinə xitamla bağlı əmək qanunvericiliyinin tələbləri”, “İşçi ilə əmək münasibətlərinin (əmək müqaviləsi, əmək kitabçası, SSN və sair) rəsmiləşdirilməsi və əmək müqaviləsi bildirişinin Elektron hökumət portalı üzərindən qeydiyyata alınması” mövzularında təqdimatlar edilib.
Hər bir təlim modulunun sonunda iştirakçılara qrup tapşırıqları verilib, təlimdə verilən biliklərin daha yaxşı qavranılması üçün praktiki çalışmalar həyata keçirilib.
İkigünlük təlimin təlimçiləri “Mazarina” MMC-nin İnsan resursları şöbəsinin müdiri və Beynəlxalq Əmək Təşkilatının təlimçisi Saleh Həsənov, “İnkişaf üçün maliyyə” Bank Olmayan Kredit Təşkilatının İnsan resursları meneceri Günel Səlimova və www.mks.az saytının ekspertləri Anar Bayramov və Qalib Toğrul olublar.
Aktivliyi ilə seçilən təlim iştirakçılarının sertifikatlaşdırılması həftə ərzində müvafiq qiymətləndirmədən sonra həyata keçiriləcək.
Qeyd edək ki, www.mks.az saytının növbəti HR təliminə qeydiyyat davam edir. Son qeydiyyat günü 15 fevral 2018-ci ildir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər