VAKANSİYA! Regiondan BAŞ MÜHASİBə 1300 AZN-liq ƏMƏK HAQQI

VAKANSİYA! Regiondan BAŞ MÜHASİBə 1300 AZN-liq ƏMƏK HAQQI

BAŞ MÜHASİB
1000 - 1300 AZN
Saloğlu Mebel Fabriki
 
Şəhər Qazax
Yaş 25 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Elanın tarixi Mart 06, 2018
Bitmə tarixi Aprel 05, 2018
Telefon
(055) 525-86-01
(022) 225-30-20
 
İş barədə məlumat
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək 
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək 
- Əsas vəsaitlərin tanınması, inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək 
- Təhtəl hesab, balans, avans hesabatının aparılması 
- Hesabatların hazırlanması (Vergi, Statistika, DSMF) 
- Hesab və elektron qaimə-fakturaların yazılması 
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
- Gündəlik hesabları üzrə qalıqlar hesabatı 
- Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması 
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması 
- Aylıq əmək haqqı cədvəllərinin heablanması və hazırlanması 
- Xəstəlik, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-na təqdim olunmalı sənədlərin hazırlanması 
- İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması 
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 
- İş qrafiki: I-VI günlər
 
Namizədə tələblər
- Maliyyə-Mühasibatlıq sahəsində ali təhsil 
- Mühasibatlıq sahəsində ən az 2 il təcrübə 
- Mühasibatlıqla bağlı qanunvericilik və vergi Məcəlləsi üzrə biliklər 
- MS Office (xüsusilə MS Excel), 1C, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı 
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı 
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
 

0 Komment

    Şərh yazın

    Xəbərlər