“Yalama Aqropark” MMC “İnsan Resursları üzrə mütəxəssis” vakansiyasını elan edir

“Yalama Aqropark” MMC “İnsan Resursları üzrə mütəxəssis” vakansiyasını elan edir

Xaçmaz Rayonu Yalama qəsəbəsində 523 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müassir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , cins heyvandarlığı, yem və süd emalı zavodlarını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMC “İnsan Resursları üzrə mütəxəssis” vakansiyasını elan edir.

Regiondan olan namizədlərə üstünlük verilir, digər regiondan olanlara yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir

Əmək funksiyaları

 İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir; 
 Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
 Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
 Əmək kitabçalarını doldurur, hesaba alır və mühafizə edir, iş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir; 
 İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
 İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
 İşçilərin tibbi müayinədən keçməsinə nəzarət edir, onların tibbi kitabçalarının uçotunu aparır və növbəti tibbi müayinənin keçirilmə vaxtına nəzarət edir;
 Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır; 
 Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir; 
 İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və şöbə müdirinə hesabat verir;
 Şəxsi işlərin arxivləşməsini aparır;
 Sənədlərin operativ qeydiyyatını aparır; 
 Şöbə müdirinə tapşırıqların icrasının vəziyyəti haqqında məlumat verir;
 Müəyyən olunmuş hesabatları tərtib edir;

Tələblər

 Təhsili – Ali 
 İş təcrübəsi-müvafiq sahədə 2 ildən az olmayaraq
 Dil biliyi- Azərbaycan,İngilis,Rus
 Kompüter biliyi –MC Office Proqramları
 Kommunikasiya, etik, əlaqənədiricilik, Biznes qavrayışı səriştələri

İş qrafiki

 09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər cv-lərini [email protected] elektron ünvanına mövzu yerində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

1 Komment

  1. Taleh 18 Noyabr 2019

    Salam xudatda yasayiram herbide islryirdim surucu kontraktim qurtarib cixmisam surucu yeri olsaydi ve ya bacardigim her hansi bir is islemek isterdim bs katiqoriam var

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər