VAKANSİYA! 1000 NET əmək haqqıya HR manager işləmək imkanı

VAKANSİYA! 1000 NET əmək haqqıya HR manager işləmək imkanı

HR Manager

ƏMƏK FUNKSİYASI

• Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi;
• Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi bağlı sənədlərin tərtib edilməsi;
• Namizədlər bazasının yaradılması;

• Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edilməsi;
• Vəzifə təlimatlarının hazırlanması;
• İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin oraya daxil edilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
• Daxili ünsiyyətin inkişafına yönələn tədbirlərin təşkil edilməsi;
• Əmək haqqı hesablaması üçün Mühasibatlıq şöbəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq Baş direktora hesabatlar hazırlayıb təqdim edilməsi;
• Baş direktorun konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

BİLMƏLİDİR

• Əmək qanunvericiliyinin əsaslarını;
• Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları;
• İR şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini;
• Əmək proseslərinin təşkili;
• «Teleport» MMC-nin işgüzar profilini, fəaliyyət istiqamətlərini, struktur bölgüsünün xüsusiyyətlərini;
• İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını.

MƏSULİYYƏT

• Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş, vəzifələrin lazımi səviyyədə icra edilməsi
• Mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirmədiyinə və şirkətə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.

ZƏRURİ ŞƏRTLƏR

Təhsili: Ali
İş təcrübəsi: İnsan resursları sahəsində azı 5 il stajı olmalı
Xarici dil: Azərbaycan, rus, ingilis dillərini bilməli
Kompüter biliyi: Kompüterlə işləmək bacarığı olmalıdır

Salary: 1000 AZN Net

Interested Candidates please send your CV in English to [email protected] indicating the title of position in the subject line of your message.
Otherwise your candidacy will not be considered.

0 Komment

    Şərh yazın

    Xəbərlər