Vakansiya! Məşhur Şirkətdən HR mütəxəssisi elanı

Vakansiya! Məşhur Şirkətdən HR mütəxəssisi elanı

JOB TITLE: İnsan Resursları üzrə baş mütəxəssis
EMPLOYER: Baku Electronics

Şöbə: İRD

Vəzifə: İnsan Resursları üzrə baş mütəxəssis

Kimə məruzə edir: Departament Direktoruna

VƏZİFƏ BORCLARI:

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
• İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
• İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçaları əmrlər əsasında doldurur;
• Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
• üzrə hesabatları tərtib edir.
• Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir.

İXTİSAS TƏLƏBLƏRİ:

• Ali təhsili;
• İnsan resursları sahəsində 5 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.).
• Komandada işləmək bacarığı;
• 1C (7.7.,8.3.)-də iş təcrübəsi mütləqdir.

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini ([email protected]) elektron poçtuna göndərməlidir.
"Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.

2 Komment

  1. Şahvələdova Sevinc 16 Avqust 2018

    1994-cü ildən 2018-ci ilə qədər İnsanResursları söbesinde mütəxəsis vezifəsinde islemisem.Ali tehsilliyem İnsaat Mühəndisleri İnstitutunu bitirmisem

  2. Şahvələdova Sevinc 16 Avqust 2018

    1994-cü ildən 2018-ci ilə qədər İnsanResursları söbesinde mütəxəsis vezifəsinde islemisem.Ali tehsilliyem İnsaat Mühəndisleri İnstitutunu bitirmisem tel 0516517333

Şərh yazın

Xəbərlər