Vakansiya ! “AAC” MMC - dən 1200 AZN əmək haqqılı MÜHASİB elanı

Vakansiya ! “AAC” MMC - dən 1200 AZN əmək haqqılı MÜHASİB elanı


Vakansiya: Mühasib

Şirkət: “AAC” MMC

İş yeri: Bakı şəhəri,Qaradağ rayonu,Səngəçal qəsəbəsi

Əsas vəzifə və öhdəlikləri

• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
• Nəğd pul və bank ödəmələrinə nəzarət;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət;
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Gündəlik və aylıq anbar hərəkəti və anbar qalığını göstərən hesabatların yoxlanılması;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;

Tələblər olunan keyfiyyətlər

• Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi;
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik
• Mühasibatlıq üzrə 3 il iş təcrübəsi;
• Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 və 7.7 konfiqurasiyalarında işləmə bacarığı
• Əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq, problemlərin həlli bacarıqları;
• Təşəbbüskarlıq, komanda yönümlülük, şirkətə sadiqlik;
• Maliyyə təhlili və mühasibat uçotu anlayışları;
• Bank qanunu və satınalma prosesi üzrə qabaqcıl biliklər;
• Vergi qanununverciliyini mükəmməl bilmək;
• İstehsal sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dək,istirahət günləri şənbə və bazar
• Şirkət hesabına nahar
• Əmək haqqı 1000-1200 AZN

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - fotoşəkil ilə) [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Xahiş olunur CV-nizi göndərərkən “subject” (mövzu) hissəsində “Mühasib” sözünü qeyd edəsiniz.

 

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər