Səhifəni çap et
Çərşənbə, 04 İyul 2018 08:18

Vakansiya ! “AZCO Engineering-Procurement & Construction” MMC - dən baş mühasib elanı

Şirkət haqqında: “AZCO Engineering-Procurement & Construction” MMC şirkəti ən yaxşı inkişaf etmiş yerli EPC şirkətlərindən biridir. AZCO Sənaye Layihələrinə sərmayə qoyan və inkişaf edən şirkətləri peşəkar texniki xidmətlərlə təmin edir.

Şirkətimiz Neft və Qaz, Dağ-Mədən, Sənaye və İnfrastruktur sektorlarında Mühəndislik, Təchizat Xidmətləri, Tikintinin İdarə edilməsi, İstehsalat və Tikinti, Sazlama işləri və İstismara verilmə zamanı Yardım, Texniki Təmir və İnsan Resursları Xidmətləri kimi ixtisaslaşdırılmış xidmət çeşidlərini təklif edir.

Şirkətin adı: “AZCO Engineering-Procurement & Construction” MMC

Vakansiya: Baş mühasib

İş barədə məlumat:

- Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
- Əmək haqqı, müavinətlər, vergilər, ezamiyyələr, eləcə də sağlamlıq və ya qocalıq ilə əlaqədar işdən azad olma halları üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
- Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək;
- Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluğa s.) hazırlamaq;
- Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
- Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
- Daxili yoxlamalar vasitəsi ilə maliyyə təhlükəsizliyini təmin etmək.
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
- Tabeçiliyində olan işçilərin işlərinə nəzarət və cavabdehlik daşımaq və s.
- Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlanmaq və təqdim etmək;
- DSMF, vergi və s. hesabatların hazırlanması,
- İlkin sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsi;
- Debitor və kreditorlarla hesablaşmalar;
- Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunun aparmaq;
- Müəssisənin xərclərinin və gəlirlərinin kassa kitabında uçotunun təşkil etmək;
- Əmək haqqı, məzuniyət, xəstəlik vərəqi , ezamiyyət, tabel cədvəli və digər. mühasibat cədvəllərinin tərtib etmək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada bütün növ mühasibat sənədlərinin hazırlamaq (gündəlik və aylıq müxbirləşmələr, memorial orderlərin, dövriyyə qalıq cədvəlləri, müəssisənin balansı və s. maliyyə hesabatlarının tərtib etmək.)
- Vergi bəyənnamələrinin hazırlanmaq (sadələşdirilmiş vergi, fiziki şəxslərin gəlir vergisi, ödəmə mənbəyindən tutulan vergi, ƏDV köçürmələri, ƏDV bəyənnamələri, əmlak vergisi, yol vergisi, hüquqi şəxlərin mənfəət vergisi, elektron vergi hesab fakturaların göndərilmək və s;

- Aylıq DSMF, Statistika hesabatları, işçilərin icbari sığortası, avtomobillərin icbari sığortası, həmçinin məşğulluq hesabatlarının tərtibi,
- Müəssisənin maliyyə təsərrüfat əməliyyatlarının uçotunun təşkili;
- Müəssisənin illik xərclərinin smetasının hazırlanması və onların analizi;
- Fakturaların,VHF-larnın işlənməsi Q/f və VHF-ların tərtib olunması Aylıq, rüblük hesabatların hazırlanması və göndərilməsi Vergi bəyannamələrinin tərtib olunması .
- Əlavə Dəyər Vergisinin bəyənnaməsi, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyənnaməsi, -Sadələşdirilmiş verginin bəyənnaməsi, Fiziki şəxslər üzrə bəyannaməsi,Mənfəət vergisinin bəyənnaməsi,

- Gəlir vergisinin bəyənnaməsi, Yol vergisinin bəyənnaməsi.Torpaq vergisi beyanaməsinin hazırlanması,
- Bank koçürmələrinin aparılması;
- Xəzinə kitabının işlənməsi

Namizədə tələblər:

- Ali təhsil
- İş təcrübəsi - Minimum 3-4 il
- Vergi Məcəlləsini mükəmməl bilməli
- Kompyuter bilikləri - MS office, Word, Excel, 1C
- Dil bilikləri - Azərbaycan, ingilis dili
- Əmək haqqı: 700-800 AZN
- İş qrafiki: Bazar ertəsi- Cümə 09:00-18:00

Maraqlananlar CV-ni mövzu yerinə Baş mühasib qeyd edərək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilərlər.

 

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ I
V NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.