Vakansiya! Tanınmış şirkətdən MÜHASİB elanı

Vakansiya! Tanınmış şirkətdən MÜHASİB elanı

"Azərşəkər" MMC şəkər istehsalı ilə məşğul olan şirkətdir . Şirkət bu fəaliyyət istiqamətində ən son texnologiyalardan istifadə edərək Azərbaycanın müxtəlif bölgələrində şəkər çuğundurunun becərilməsini planlaşdırır.

Vəzifə öhdəlikləri:

- Büdcə hesabatlarının hazırlanması və təqdim edilməsi (Vergi,DSMF,Statistika)
- Kreditor və Debitor hesablaşmaları üzrə əməliyyatların aparılması
- Bank hesablaşmaları üzrə əməliyyatların aparılması
- Mal-materialların, əsas vəsaitlərin və digər qiymətlilərin uçotunun aparılması və nəzarət edilməsi
- Təhtəlhesab şəxslər üzrə heşablaşmaların uçotunun aparılması
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsinin təşkili

Vəzifəyə tələblər:

- Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
- Mühasibat və ya maliyyə ixtisasında ali təhsil
- Vergi uçotu üzrə biliklər
- Mühasibat uçotu üzrə beynəlxalq sertifikatlar üstünlükdür
- Office proqramları ilə işləmə bacarığı
- 1C (8.3) proqram təminatında işləmək bacarığı
- Azərbaycan dilin biliyi. Rus və İngilis dili bilikləri arzuolunandır
- Səyahət sərbəstliyi

Əlavə məlumat:

İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir
Ünvan: Zərifə Əliyeva küç.93, BEGOC Biznes Mərkəzi

Maraqlanan şəxslər öz CV formalarını "Mühasib" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilər.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər