Vakansiya! 800 AZN əmək haqqılı mühasib köməkçisi ELANI

Vakansiya! 800 AZN əmək haqqılı mühasib köməkçisi ELANI

Mühasib köməkçisi (Sumqayıt)

Vəzifə öhdəlikləri:

- Şirkətin vergi və mühasibat uçotunun aparılması;
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər işçi xərclərinin hesablanması;

- Mal-materialların uçotunun aparılması;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq maliyyə hesabatlarının hazırlanması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim edilməsi.

Tələblər

- Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)
- Yaş həddi: 25-40 yaş
- Azərbaycan, rus və ingilis dili biliyi
- Əmək məcəlləsi və vergi məcəlləsi ilə tanış olmalı
- MS Office və 1C proqramları üzrə biliklər
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
- 1C (8.3) proqramında işləmək bacarığı
- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı
- Sumqayıt qeydiyyatlı namizədlərə üstünlük verilir

İş şəraiti:

- İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri
- İstirahət günü: şənbə, bazar günləri
- İş yeri Sumqayıt şəhərində yerləşir
- Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər
- İşçi korporativ nömrə və naharla təmin edilir
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
- İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır

Əmək haqqı: 600-800 AZN

Maraqlananlar öz şəkilli CV formalarını [email protected] ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cvnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər