“ASK” ASC mühasib vakansiyası elan edir

“ASK” ASC mühasib vakansiyası elan edir

Bakı şəhəri, 21.06.2018-ci il

Mühasib üzrə vakansiya

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanı ilə Səhmləri dövlətə məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və 14 dekabr 2017-ci il ildən fəaliyyətə başlamışdır.Cəmiyyətin fəaliyyətinin məqsədlərindən biri tabeliyindəki müəssisələrin səmərəliliyini artırmaq, əlverişli kooperasiya əlaqələrini yaratmaq və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması yolu ilə müvafiq sahədə malların (işlərin, xidmətlərin) istehsalını və satışını təşkil etməkdir.

“ASK” ASC mühasib vakansiyası elan edir.

Tələb olunan keyfiyyətlər:

• Yaş:25-50
• Ali təhsil-Maliyyə, Mühasibat uçotu və audit, Biznesin idarəedilməsi
• İş təcrübəsi – ən azı 3 il
• Dil bilikləri- azərbaycan dili (əla), rus (əla), və ingilis (yaxşı)
• Qeyd olunan sahə üzrə daim elmi biliklərin artırılması həvəsi.

Əsas vəzifə öhdəlikləri:

• Debitor və kreditorların uçotunu aparmaq;
• Mal-materialın və hazır məhsulun uçotunu aparmaq;
• Əsas vəsaitlərin uçotunu aparmaq;
• Əmək haqqının uçotunu aparmaq;
• Bitməmiş istehsalın uçotunu aparmaq;
• Ödəniləcək vergiləri və sığorta ayırmalarını hesablamaq və ödənilməsini təmin etmək;
• Bütün əməliyyatlarının gündəlik uçotunu aparmaq.

Üstünlük verildiyi kompyuter proqramları

• 1C
• MS Office proqramları (Word, Excel, PowerPoint)

İş şəraiti:

İş qrafiki: l-V İstirahət günləri: şənbə və bazar.
İş yeri: Bakı və Azərbaycanın digər rayon və şəhərləri

Müraciət üçün:Telefon: 0772771195

CV (resume) – lər [email protected] ünvanına göndərilməlidir.
Email göndərərkən Mövzu (Subject) hissəsində müraciət olunan vakansiya mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qiymətləndiriləcək və baxılmayacaq.
Zəhmət olmasa qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər.

Sənədlərin son qəbul tarixi: 21.07.2018.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər