Vakansiya! Gilan Kənd Təsərrüfatı Qrupundan Baş Mühasib Elanı

Vakansiya! Gilan Kənd Təsərrüfatı Qrupundan Baş Mühasib Elanı

Baş Mühasib

Gilan Kənd Təsərrüfatı Qrupu Baş Mühasib (iş yeri Ağdaş rayonu) vakansiyasına işçi axtarır.

Vəzifələri

• Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
• Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin etmək;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
• Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparmaq;
• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək.

Tələblər

• Maliyyə, iqtisadi, biznesin idarə edilməsi sahəsində ali təhsil;
• Mühasibatlıq sahəsində 10 illik, istehsal sahəsinin mühasibatlığında 5 illik iş təcrübəsi;
• İdarəçilik qabiliyyətlərinə malik olmalı;
• MS Office proqramlarını bilməli; (mükəmməl Excel bilikləri)
• 1C proqramının 8.2 və ya 7.7 versiyasında işləmə təcrübəsi;
• Əmək və vergi qanunvericiliyinin əsaslarının biliyi;
• Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı;
• Məsuliyyətli və stressə davamlı;
• Rus dilini orta səviyyədə bilməli;

Vakansiyaya müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin: https://hr.gilanholding.com/v/4816#

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

1 Komment

  1. Samid nezerov 02 Mart 2021

    Salam men nezerov samid semed oqlu Salyan rayonu kürsengi kendinde yaşayıram özümde işsizem atam ve anam xestedir qardaşım könüllü olaraq müharibe iştirakçısıdır yazıb Sizden xaiş edirəm ki sizin bizim kend yaxınlığında yerləşən torpaq sahelerinden bize 10 hektar torpaq sahəsi ayrılması için bize yardım edesiz

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər