VAKANSİYA! "XƏZİNƏ Əməliyyatları üçün MALİYYƏÇİ" İş elanı

VAKANSİYA! "XƏZİNƏ Əməliyyatları üçün MALİYYƏÇİ" İş elanı

Kassa və bank əməliyyatları üzrə günlük raporların bağlanmasını həyata keçirməlidir
 
Vəzifə: Xəzinə əməliyyat üzrə Maliyyəçi Analitik
İşəgötürən: Baku Retail Partners MMC
 
Şöbə:   Maliyyə
 
Tabəçilik:  Şöbə rəhbəri
 
Şirkət haqqında məlumat:
 
Baku Retail Partners şirkəti 2012-ci ildə yaradılıb. Əsas istiqamətlərin biri onlayn-mağaza satışların keçirilməsidir. Şirkət, öz biznesinin fəaliyyətinə uyğun informasiya texnologiyaları ilə təcrübə əsasında qida, qeyri-qida və ofis məhsullarının onlayn-pərakəndə satışı üçün unikal inteqrasiya edilmiş əməliyyat həlli işləyib hazırlamışdır.
 
Vəzifə öhdəlikləri:
 
Kassa əməliyyatlarının Logo və 1C proqramına işlənməsi;
Bank əməliyyatlarının Logo və 1C proqramına işlənməsi;
Kassa və bank əməliyyatları üzrə günlük raporların bağlanması;
Şirkətdaxili xüsusi kassa-bank əməliyyatları raporlarının hazırlanması;
Kreditor borcların və digər ödəniş-mədaxllərin kassa üzərindən həyata keçirilməsi;
Mərkəzi kassaya bağlı digər kassaların günlük əməliyyatlarına və qalığına nəzarət;
Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək;
Əsas müştərilərlə maliyyə işlərin aparılması;
İş proseslərinə aid prosedurların hazırlanmasında iştirak etməsi;
Digər şöbələri ilə əməkdaşlıq qurulması.
 
Namizədə tələblər:
 
Ali təhsil (Maliyyə-iqtisad təhsili arzuolunandır);
Maliyyə sahədə 3 il iş təcrübəsi olan;
Maliyyə prosedurları bilən; 
Azərbaycan, rus dilində fikirlərini düzgün ifadə etmək bacarığı;
Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
İşə proseslə yanaşma bacarığı;
Logo,  1C proqramlarını istifadəçi səviyyəsində bilmək;.
Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
 
İş şəraiti:
 
Karyera artımı;
İş qrafiki: Bazar ertəsi – Cümə gününə, saat 09:00-dan 18:00-dək, 
Şənbə günləri 09.00-dan 14.00-dək ;
Nahar şirkət tərəfindən təmin olunur;
Rəsmiləşdirmə: AR ƏM əsasən aparılacaqdır;
Korporativ nömrə və danışıq limiti;
Mehriban və dinamik kollektiv.
 
Biz maliyyə sahəsində təcrübəsi olan, analitik bacariğı olan işçi axtarırıq.
 
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Xəzinə əməliyyat üzrə maliyyəçi analitik” qeyd edərək öz CV lərini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər