Dövlət qulluqçuları üçün lazımlı xəbər

  • PDF faylını al

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov Trend-ə bildirib ki, reyesterin hazırlanması ilə bağlı tender keçirilib, qalib şirkət müəyyən olunub.
Yaxın aylarda reyestrin yeni variantının hazırlanacağını deyən sədr müavini bildirib ki, dövlət orqanları dövlət qulluqçuları haqqında məlumatları bazaya daxil olmaqla görə biləcəklər.

Misirovun sözlərinə görə, indiyədək 20 minə yaxın dövlət qulluqçusu barədə məlumatlar reyestrdə yerləşdirilib. O qeyd edib ki, dövlət orqanları dövlət qulluqçuları barədə məlumatları Komissiyaya elektron poçtla göndərir və bəzən bu məlumatlarda yanlışlıqlar da olurdu.
"Yeni baza işə düşəndən sonra dövlət orqanları bu bazaya daxil olmaqla dövlət qulluqçuları barədə məlumatı yerləşdirə biləcəklər", - Misirov vurğulayıb.
Onun sözlərinə görə, dövlət qulluqçusu barədə reyestr məlumatların dairəsi qanunla müəyyən edilib. Həmin məlumatlara dövlət qulluqçusunun əmək kitabçası barədə məlumat, özünün anket məlumatları daxildir.
Komissiya rəsmisi deyib ki, dövlət qulluqçuları gələcəkdə reyestrdəki məlumatlarla özləri də tanış ola biləcəklər.
"Dövlət qulluqçusu barədə hansısa məlumat dəyişdikdə, onlar kadrlar şöbəsinə həmin məlumatın yenilənməsi üçün məlumat verə biləcəklər", - Misirov deyib.