30 gün və 21 gün məzuniyyət məsələsi necə tənzimlənməlidir?

  • PDF faylını al

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabında bu məsələnin izahı

Məsələn, məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla
işəgötürən tərəfindən müəyyən edilir) çalışan dövlət qulluqçuları, müəssisənin rəhbər işçiləri və mütəxəssisləri sətri konkret deyil. Bu məsələ təşkilatlarla nəzarət orqanları arasında çox mübahisə doğurur. Bu sətirdə nəzərdə tutulan vəzifələri mümkün qədər aydınlaşdırmağa çalışaq. Başlayaq məsul vəzifələrdə çalışan dövlət qulluqçularından. Dövlət qulluğunu tənzimləyən bir çox normativ hüququ akt var.
Dövlət qulluqçuları nazirlik, dövlət komitəsi, fond və dövlət idarələrində çalışırlar. Dövlət qulluqçuları üçün təsdiq olunmuş ştat cədvəllərində vəzifələr konkret göstərilib. Həmçinin, onların Vahid Tarif-Sorğu kitabçaları var ki, onun köməyilə məsul vəzifəni müəyyən etmək mümkündür.
Müəssisənin rəhbər işçiləri kimlərdir?

Misal. Təşkilatda aşağıdakı vəzifələr var:

- Direktor;

- Direktor müavini;

- Baş mühasib;

- Mühasib;

- Kadrlar şöbəsinin rəisi;

- Kadrlar şöbəsinin müfəttişi;

- Uçot şöbəsinin rəisi;

- Uçot şöbəsinin müfəttişi;

- Fəhlələr;

- Elektrik;

- Mexanik;

- Mühəndis;

- Satış üzrə agentlər;

- Proqramçılar.

Siyahıda göstərilən işçilərdən aşağıdakılara əmək məzuniyyəti 30 təqvim günü müddətində verilməlidir: direktor, direktor müavini, baş mühasib, kadrlar şöbəsinin rəisi, uçot şöbəsinin rəisi. Çünki onlar konkret rəhbər işçilərdir. direktor bütün müəssisəyə, baş mühasib və qalan şöbə rəisləri də şöbələrinə rəhbərlik edirlər, ona görə həmin rəhbər işçilərə 30 gün əmək məzuniyyəti verilməlidir.
Aşağıdakı işçilərə də əmək məzuniyyəti 30 təqvim günü müddətində verilməlidir:
Mühasib, kadrlar şöbəsinin müfəttişi, uçot şöbəsinin müfəttişi, elektrik, mexanik, mühəndis, proqramçılar. Çünki bu işçilər mütəxəssislərdir. Mütəxəssis anlayışı geniş mənalı olduğundan adətən mübahisə də bu məsələ üzərində baş verir. vəziyyətdən çıxış yolu kimi sadə bir formul təklif edirik. Əgər həmin vəzifəni yerinə yetirən işçinin əmək funksiyalarını istənilən vətəndaş bilmirsə, demək o, mütəxəssisdir. Məsələn, mühasibin işini aparmaq üçün ən azı mühasibat uçotunu bilən mütəxəssis lazımdır.
Digər vəzifələr də onun kimi. Mühasib barədə dediklərimizi elektrikə, mühəndisə, mexanikə də şamil etmək olar.
Aşağıdakı işçilərə isə əmək məzuniyyəti 21 təqvim günündə az olmayan müddətdə verilməlidir: Fəhlələr, satış üzrə agentlər. İstənilən vətəndaş fəhlə və yaxud satış agenti işləyə bilər. Bunun üçün mütəxəssis olmağa ehtiyac yoxdur.

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.