Fiziki şəxs və hüquqi şəxsin hansı fərqləri və üstünlükləri var?

  • PDF faylını al

Sual: Fiziki şəxs və hüquqi şəxs kimi fəaliyyət göstərmənin hansı fərqləri və üstünlükləri var? MMC-ni bağlayib fiziki səxs yaratmaqla (VÖEN əvvəldən var, ancaq fəaliyyəti dayandırılıb), onun adına bank hesabı acmaq, möhur almaqla fəaliyyət göstərmək olar? Bu zaman fiziki şəxslə hüquqi şəxsin neverəcəyi hesabatlarda hansı fərqlər olacaq? Bu suallara cavab verməklə mənə çox böyük yaxşılıq etmiş olarsınız. Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm.

Cavab: Bəli fiziki şəxs də bank hesabı aça, möhür sifariş verə bilər. Tam olaraq fiziki şəxs də hüquqi şəxs kimi fəaliyyətlə məşğul ola bilər. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki şəxslər iki formada - ya fiziki şəxs sahibkar kimi, ya da hüquqi şəxs (yaratmaqla) kimi fəaliyyət göstərə bilərlər.
Hesabatlara gəlincə, demək olar ki, bütün hesabatlar eynidir. Ancaq ƏDV ödəyicisi olan hüquqi şəxslər mənfəət vergisi hesabatını, ƏDV ödəyicisi olan fiziki şəsxlər isə gəlir vergisi bəyənnaməsini təqdim edirlər.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------