HR konfransının biletlərinin qiyməti açıqlandı

HR konfransının biletlərinin qiyməti açıqlandı

Azərbaycan İnsan Resursları Peşəkarları (AİRP) platforması mayın 5-də “AİRP 2018 İR” adlı konfrans və sərgi keçirəcək. Konfransın biletlerinin qiyməti açlıqlanıb:

Yeni başlayanlar üçün erkən qeydiyyat 49 manat;

25 apreldən sonra olunan qeydiyyat üçün 59 manat;

orta səviyyə üçün erkən qeydiyyat 69 manat;

25 apreldən sonra olunan qeydiyyat üçün 79 manat,

yuxarı səviyyə üçün erkən qeydiyyat 89 manat,

25 apreldən sonra olunan qeydiyyat üçün isə 99 manatdır.
 
400 nəfərin iştirak edəcəyi bu konfransa qeydiyyat mayın 1-nə qədərdir. Tədbirin sonunda iştirakçılara sertifikatlar veriləcək və AİRP platformasının müvafiq üzvlük növü üzrə 50% endirim təqdim olunacaq.
Tədbir Ağ şəhərdə yerləşən “Bakı Bulvar Hotel”də keçiriləcək. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər