Bazar ertəsi, 04 Oktyabr 2021 07:14

Mks.az-dan HR-lar üçün ÜÇÜNCÜ tematik təlim: İş vaxtının növləri, iş vaxtının rejimi və əmək haqqı hesablanmasının VACİB MƏQAMLARI

Müzakirəyə çıxarılacaq sualların siyahısı

1) İşəgötürən işçinin əmək haqqını və ya məzuniyyət haqqını artıq hesabladıqda, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 4-cü bəndinin tələbləri (İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) tətbiq olunaraq cərimə yazılır?

2) İşçinin əmək haqqı artdığı halda, elektron informasiya sistemində düzəliş edilmədikdə, inzibati cərimə təbiq edilir?

3) İşəgötürən işçiyə çəkdiyi təlim xərclərini həmin işçi işdən azad olunduqda, onun son haqq-hesabından tuta bilər?

4) İş vaxtının cəmlənmiş uçotu tətbiq edilməyən işəgötürənlərdə işçinin 1 və ya 2 günlük istirahət günü 7 gündən bir deyil, 10-12 gündən bir verilə bilər?

5) İşçi işəgötürənlə əmək müqaviləsi bağlayanda nahar fasiləsinin hər gün 1 saat deyil, 2 saat olmasını istəyir. Bu halda işəgötürənin hansı seçimləri var? Əmək qanunvericiliyi nahar fasiləsinin minimum və maksimum müddətini tənzimləyir?

6) Əmək qanunvericiliyində işçinin nahar fasiləsinin hansı müddətdən sonra olması mütləq tələbdir?

7) İşəgötürən növbəli iş rejimi tətbiq etdikdə, hansı tələbləri mütləq gözləməlidir?

8) Gecə vaxtı və gecə növbəsi ilə işləyənlərin əmək haqlarının hesablanmasında hansı fərqliliklər mövcuddur?

9) İş vaxtının cəmlənmiş uçotunda əmək haqqı necə hesablanır? Qeydiyyat dövründəki cəmi iş saatlarından az və ya çox işləyənlərin əmək haqları necə hesablanır?

10) Əməyin işəmuzd sistemində işçinin tarif (vəzifə) maaşının müəyyənləşdirilməsi mütləq qanunvericilik tələbidir?

11) İş vaxtının cəmlənmiş uçotunda işçiyə nahar fasiləsi mütləq verilməlidir?

12) İş vaxtının cəmlənmiş uçotu rejimində bayram günlərində çalışan işçilərin əmək haqları necə hesablanır?

13) Son haqq-hesabın hesablanması necə həyata keçirilməlidir? Hansi məbləğlərin son haqq-hesabdan çıxılmasına icazə verilmir?

14) İşçinin əmək haqqından tutulmalar zamanı 20% və 50 % məsələsi necə tənzimlənir?

15) Əmək müqaviləsinə xitam verilən zaman orta aylıq əmək haqqının hesablanması necə həyata keçirilir? Əvvəlki iki ayda işləməyən işçinin orta aylıq əmək haqqı necə tapılır? Hansı hallarda orta aylıq əmək haqqının hesablanmasında iki fərqli metod tətbiq edilir?

16) Məzuniyyət haqqı hesablanarkən əmsallaşdırma tətbiq edildikdə diqqət yetiriləsi 3 əsas məqam hansılardır?

17) İş vaxtının cəmlənmiş uçotu ilə işləyən 4 işçinin iş qrafiki necə tərtib olunur (nümunə)?

18) Altıgünlük iş rejimində aylıq iş vaxtı norması keçildikdə, proses necə tənzimlənir?

19) Müəssisədə konullu fəaliyyət göstərənə əmək haqqı hesablanması həyata keçirilə bilər?

20) Ezamiyyədə olan işçinin əmək haqqının hesablanması işçi ezamiyyətdə olmadığı dövrlə müqayisədə fərqli həyata keçirilməlidir?  

Təlimin başlanma tarixi: 16 oktyabr 2021-ci il, saat 15:00

Təlimin bitmə vaxtı: Mövzu üzrə iştirakçıların son sualları cavablandırılana qədər

Birinci hissə: Mövzu üzrə təqdimat

İkinci hissə: Mövzu üzrə sualların cavablandırılması

Ödəniş üsulu: Nağd və ya nağdsız formada (iştirakçı vergi ödəyicisi olduğu halda müvafiq sənədləşmələr (müqavilə, hesab-faktura, elektron qaimə-faktura və s.) aparılır)

Təlimçilər: Mks.az saytının eksperti, “Əməyin uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov və əmək hüququ və kadrlarla iş sahəsində uzun müddət dövlət qurumlarında və özəl sektorda çalışmış tanınmış mütəxəssis

Məlumat almaq və xidmətdən faydalanmaq üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın