Məzuniyyətlə bağlı praktiki sual: Əmsallaşdırma zamanı məzuniyyət məbləği də artırılır?

Məzuniyyətlə bağlı praktiki sual: Əmsallaşdırma zamanı məzuniyyət məbləği də artırılır?

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam. Məzuniyyətin hesablanması zamanı ötən dövrə hesablanmış məzuniyyət pulu da əmsallaşdırılmalıdır?

Cavab: Sual həm praktiki və həm də maraqlıdır. Bu məsələ ilə bağlı Nazirlər Kabinetinin 25.08.1999-cu il tarixli 137 saylı qərarından çıxarışa diqqət yetirək:

(ƏN1 x Ə1 + ƏN2 x Ə2+ ...) + ƏN
___________________________
          N

“Burada ƏN1, ƏN2... -tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artırmadan əvvəlki ayrı-ayrı artım dövrələrində işçinin əmək haqqının cəmi;”

Çıxarışdan aydın olur ki, əmsalaşdırma ancaq əmək haqqılara aidir.
Əmək haqqıya nələrin aid olması ilə bağlı isə Əmək Məcəlləsinin 157-ci maddəsindəki çıxarışa diqqət yetirək :

Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri
......................................
3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Göründüyü kimi, əmək haqqı məbləğinə məzuniyyət haqqı aid edilməyindən hesablamalarda məzuniyyət haqqları da əmsallaşdırılmır.

 “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

1 Komment

  1. Vəliyev Şadoğlan 27 Avqust 2019

    Mən ,hörmətli Altay Cəfərovun "məzuniyyət haqqı nəmsallaşdırımır " fikri ilə qətiyyən razılaşmıram.çünki Əmək Məcəlləsinin 111-ci maddəsinə görə məzuniyyətdə olan işçinin iş yeri,vəzifəsi(peşəsi saxlanılır.) NK-nin 137 N-li təlimatına görə ancaq tarif(vəzifə) maaşları və ona faizlə əlavə olunan əlavələr əmsallaşdırılır.Məzuniyyətdə olan işçinin ƏM-nin 111-c- maddəsinə görə adi qaydada məzuniyyətdə olan ayın tarif(vəzifə) maaşı da cəmlənib əmsallaşdırılır. Bütün məzuniyyət məbləği yox,ancaq həmin ay üzrə tarif(vəzifə) maaşı !!!!!!!

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər