İşdən çıxarılmış işçinin işə bərpası zamanı sənədləşmə necə olmalıdır?

İşdən çıxarılmış işçinin işə bərpası zamanı sənədləşmə necə olmalıdır?

Tanınmış təlimçi Müşfiq Əmircanov sosial şəbəkədəki səhifəsində əmək müqaviləsinin xitam məsələləri ilə maraqlı və incə məqamlara aydınlıq gətirir. Həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq, həmin məlumatları Sizinlə paylaşırıq və Müşfiq müəllimə bu çür maariflənidirici fəaliyyətinə görə təşəkkür edirik.

Sual: İşdən çıxarılmış işçi məhkəmənin qərarı ilə işə bərpa edilərsə o, yenidən işə qəbul edilməli və onunla yeni əmək müqaviləsi bağlanılmalıdırmı?

Cavab: İşçi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə işə bərpa edildikdə, əslində işçi ümumiyyətlə işdən çıxarılmamış kimidir, işsiz olduğu həmin dövr məcburi işburaxma dövrüdür. Beləliklə, belə halda işçinin işə bərpa olunması barədə əmr verilməli, həmin əmrdə əvvəlki xitam əmri ləğv edilməli, əmək kitabçasındakı həmin xitam qeydinin etibarsız olması barədə yeni qeyd yazılmalıdır. Bu halda işçinin iş ili və əvvəlki müqavilə şərtləri olduğu kimi qalır. Əlavə olaraq bildirim ki, əgər çıxarılmış işçinin yerinə başqa işçi götürülübsə onun əmək müqaviləsinə də ƏM-nin 74-cü maddəsinin 1-ci hissəsinin "b" bəndinə əsasən xitam verilə bilər.

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər