Blank “Alov” MMC
ƏMR
№________
Saatlı şəhəri 12 sentyabr 2019-cu il
İşçinin natamam iş vaxtı ilə işə qəbulu haqqında
Əzimova Zülfiyyə Qafur qızının 11 sentyabr 2019-cu il tarixli ərizəsinə əsasən onunla bağlanılmış 12 sentyabr 2019-cu il tarixli, __ №-li əmək müqaviləsinə uyğun olaraq
ƏMR EDİRƏM:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 94-cü maddəsinin birinci hissəsinin tələblərinə uyğun olaraq Əzimova Zülfiyyə Qafur qızı natamam iş vaxtı rejimi ilə (saat 9:00-dan 13:00-dək) 12 sentyabr 2019-cu il tarixdən 12 aprel 2020-ci il tarixinədək (7 ay müddətində) Mühasibatlıq şöbəsinə kassir vəzifəsinə təyin edilsin.
- Baş mühasib Səlimova Sultanə Sahib qızı işçiyə işlədiyi natamam iş vaxtına mütənasib əmək haqqı hesablanılmasını təmin etsin.
- Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Nağızadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.
Əmrlə tanış oldum:
__________ Səlimova S.S.
12 sentyabr 2019-cu il
__________ Əzimova Z.Q.
11 sentyabr 2019-cu il
—————————
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.