Çərşənbə axşamı, 17 Noyabr 2020 09:31

Natamam iş vaxtı ilə işçinin işə qəbulu necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Praktikada 3 ərizə formasının hər birinə uyğun əmr tərtib etmək lazımdır. Əmr formaları oxşar olduğundan biz yalnız bir halla bağlı nümunəni təqdim edəcəyik. Təqdim edilmiş əmrin mətni üzərində müvafiq dəyişikliklər aparmaqla sizə lazım olan formanı asanlıqla tərtib edə bilərsiniz.

 

Blank “Alov” MMC

ƏMR

№________

Saatlı şəhəri                                                   12 sentyabr 2019-cu il

İşçinin natamam iş vaxtı ilə işə qəbulu haqqında

Əzimova Zülfiyyə Qafur qızının 11 sentyabr 2019-cu il tarixli ərizəsinə əsasən onunla bağlanılmış 12 sentyabr 2019-cu il tarixli, __ №-li əmək müqaviləsinə uyğun olaraq

ƏMR EDİRƏM:

  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 94-cü maddəsinin birinci hissəsinin tələblərinə uyğun olaraq Əzimova Zülfiyyə Qafur qızı natamam iş vaxtı rejimi ilə (saat 9:00-dan 13:00-dək) 12 sentyabr 2019-cu il tarixdən 12 aprel 2020-ci il tarixinədək (7 ay müddətində) Mühasibatlıq şöbəsinə kassir vəzifəsinə təyin edilsin.
  2. Baş mühasib Səlimova Sultanə Sahib qızı işçiyə işlədiyi natamam iş vaxtına mütənasib əmək haqqı hesablanılmasını təmin etsin.
  3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Nağızadə Nazlı Həsənağa qızına həvalə olunsun.

 

Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum:

__________ Səlimova S.S.

12 sentyabr 2019-cu il

__________ Əzimova Z.Q.

11 sentyabr 2019-cu il

—————————

 

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

Şərh yazın