İşçinin məzuniyyət əmri ilə bağı 5 GÜN TƏLƏBİ

İşçinin məzuniyyət əmri ilə bağı 5 GÜN TƏLƏBİ

Mks.az-ın eksperti Altay Cəfərovun təqdimatında
 
Sual:  Monitor Konsaltinq,  Sizin daha bir sualı cavablandırmağınızı xahiş edirəm.  İşçi 9 may (yəni şənbə günü və ya bayram günü) tarixndən növbəti 30 təqvim günü əmək məzuniyyətinə çıxmaq üçün ərizə yazıb. Müdir dərkənarda əmək məzuniyyətinə çıxma tarixni 12 may (yəni iş günündən) yaza bilərmi?
Cavab: Ümumiyyətlə, işçinin əmək məzuniyyətinə göndərilməsi haqqında əmr o, məzuniyyətə çıxmamışdan 5 gün əvvəl verilməlidir. Və buradan da aydın olur ki,  işçi ərizəni ən azı 5 gün əvvəl yazmalıdır. Deməli, 9 mayda ərizə yazılıbsa, işçi ən tezi 5 gündən sonra 14 may tarixində əmək məzuniyyətinə göndərilə bilər. Ona görə də müdirin dərkənarı 12 may tarixinə qoyması düzgün deyil. Ya da siz ərizəni ən geci 7 may tarixində verməlisiniz ki,  direktor dərkənarı 12 may tarixinə qoya bilsin,  7 mayda da əmr verilsin. 
Ümumiyyətlə, ərizənin və ya əmrin hökmən 5 gün əvvəl verilməsi məcburi deyil. Məcəllədə yazılıb ki,  ən geci əmək məzuniyyətinə 5 gün qalmış. Ona görə də ərizəni 1 ay əvvəlcə də verə bilərsiniz. Əmr də 1 ay əvvəl verilə bilər.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

2 Komment

  1. elza mehdiyeva 18 Oktyabr 2018

    Salam. Əmək məzuniyyətinə çıxarkən ərizəni qeyri iş günü tarixindən yazmaq olarmı? Yəni məzuniyyətin başlanma tarixini şənbə günündən yazmaq olar?

  2. afet 02 Dekabr 2022

    salam. işçi 5 gün növbəti məzuniyyət hesabına çıxmaq istəyirsə əmr necə hazırlanır? əvvəlcədən təşəkkür edirəm

Şərh yazın

Xəbərlər