İstifadə olunmamış məzuniyyətə görə kompensasiyanın hesablanması- MISAL

İstifadə olunmamış məzuniyyətə görə kompensasiyanın hesablanması- MISAL

"Əmək Qanunvericiliyi Toplusu və Şərhlər 2018" kitabından seçmə

Sual: İstifadə olunmamış məzuniyyətə görə kompensasiyanın hesablanması necə həyata keçirilir? Mümkündürsə, sualın cavabını konkret misal üzərindən şərh edərdiniz?

Cavab: Sualınızın cavabına misal üzərində baxaq. Tutaq ki, işçi 01.02.2017-ci il tarixində əmək müqaviləsi ilə işə daxil olub. İşçinin işlədiyi müddətdə əmək haqqı aşağıdakı kimi olub:

  1. Fevral 2017 - 200 manat;
  2. Mart 2017 - 200 manat;
  3. Aprel 2017 - 300 manat (200 manat əmək haqqı + 100 manat bonus)
  4. May 2017 - 200 manat;
  5. İyun 2017 - 200 manat;
  6. İyul 2017 - 200 manat;
  7. Avqust 2017 - 200 manat;
  8. Sentyabr 2017 - 200 manat;
  9. Oktyabr 2017 - 200 manat;
  10. Noyabr 2017 - 250 manat (200 manat əmək haqqı + 50 manat bonus).

CƏMİ: 2 150 manat

İşçi 01 Noyabr 2017-ci il tarixində ərizə yazıb ki, onu 01 dekabr 2017-cı il tarixindən işdən azad etsinlər.

Bu halda hesablama aşağıdakı şəkildə aparılmalıdır:

  1. a) Öncə 1 aya düşən məbləği tapırıq: 2150 manat /10 ay = 215,00 manat
  2. b) Sonra 1 günə düşən məbləği müəyyənləşdirirk – 215,00 manat /30,4 = 7,07 manat
  3. c) Daha sonra tənasüb üsulundan istifadə edərək işçiyə düşəcək məzuniyyət günlərini tapmaq lazımdır:

12 ay  -------- 30 gün

10 ay ----------X gün

X = (10 ay x 30 gün)/12 ay= 25 gün

d) Yekunda istifadə edilməmiş məzuniyyət günlərinin sayına hesablanan məbləği tapırıq - 25 gün x 7,07 manat= 176,81 manat

Beləliklə, işdən azad olunan işçiyə istifadə edilməmiş məzuniyyətə görə ödəniləcək kompensasiya məbləği 176,81 manat təşkil edəcək.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər