Səhifəni çap et
Çərşənbə, 22 Dekabr 2021 06:01

Hansı işçilərin attestasiya olunmasına icazə verilmir?

Satışı yekunlaşan “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 66-cı, “Attestasiya olunmayan işçilər” maddəsinə əsasən,  aşağıdakı işçilərin attestasiyası keçirilmir:

- vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər;

- Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;

- bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;

- hamilə qadınlar;

- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

- yaşı 18-dən az olan işçilər;

- bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər;

- eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;

- kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər;

- Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;

- Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər. 

Qeyd etdiyimiz kimi, hər hansı işçinin bir işəgötürəndə bir vəzifədə (peşədə) işləmə müddəti 1 ildən azadırsa, həmin şəxs attestasiyaya cəlb edilə bilməz. Bundan əlavə, eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilərin bir daha attestasiyası keçirilmir. Çünki həmin işçi artıq 3 dəfə attestasiya komissiyasının rəyi nəticəsində vəzifəsinə uyğun hesab edilib. Həmin işçi işdən çıxdığı dövrə qədər həmin vəzifədə çalışarsa, onun attestasiyasına ehtiyac yaranmır.  Siyahıdan göründüyü kimi, bəzi kateqoriyalı işçilər var ki, onların attestasiyaya cəlb olunmasına icazə verilmir. Misal üçün, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş və  Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş və ya Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər də hansı vəzifədə işləmələrindən asılı olmayaraq, heç vaxt attestasiyaya cəlb olunmurlar. 

Başqa bir misal. Qadınlar hamiləlik dövründə attestasiya prosesinə cəlb edilə bilməz.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45 (40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.