İşçi işə qəbul ərizəsi yazılması mütləqdir və əmək müqaviləsi işçiyə verilməlidir?

İşçi işə qəbul ərizəsi yazılması mütləqdir və əmək müqaviləsi işçiyə verilməlidir?

Satışı yekunlaşmadqda olan “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Təcrübədə rast gəlinən suallardan biri də odur ki, işçi işə qəbul ərizəsi yazmalıdır? Əmək Məcəlləsində ərizənin yazılması haqqında mütləq tələb yoxdur. Amma işəgötürən kargüzarlıq baxımdan ərizənin yazılmasını tələb edə bilər. Qanunvericilik tələbi olmadığından ərizənin yoxluğuna görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən hər hansı maliyyə sanksiyası və ya xəbərdarlıq həyata keçirilə bilməz.

Əmək Məcəlləsinin 44-cü maddəsinin üçüncü hissəsinə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

Məqsədəuyğundur ki, əmək müqaviləsinin bütün səhifələrini hər iki tərəf imzalasın və işçi əmək müqaviləsinin ona təqdim olunması haqqında qeydini əmək müqaviləsinin işəgötürəndə qalan nüsxəsində qeyd etsin. Çünki əmək müqaviləsinin birinin işçidə olması mütləq tələbdir və işçinin bu cür qeyd etməsi işəgötürəni gələcəkdə sənədin təqdim olunmaması haqqında əsassız iddialardan qoruya olar.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər