Cümə, 22 Oktyabr 2021 04:44

İşçi işəgötürənin qeyri-qanuni hərəkətlərinə qarşı təkbaşına etiraz edə bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsində fərdi əmək mübahisələri ilə bağlı maraqlı maddələrdən biri də, “Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə işçinin təkbaşına tətil etmək hüququ və qaydası” adlı 295-ci maddədir. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının 36-cı maddəsinə əsasən, hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ var.

İşçi o vaxt tətil qərarı verir ki, fərdi əmək mübahisələrinin həlli yönündə işəgötürənlə apardığı proseslərin nəticəsi onu qane etmir. İşçi həmin problemlərin həlli məqsədilə, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər.

Maddədə qeyd edilir ki, tətil maksimum bir ay müddətində ola bilər. Amma əmək qanunvericiliyi imkan verir ki, işəgötürən təkbaşına tətil edən işçinin hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsi məqsədilə məhkəməyə müraciət etsin. Tətil edən işçinin əmək haqqı məsələsinə gəlincə isə, Əmək Məcəlləsinin 283-cü maddəsinə uyğun olaraq işəgötürən tətildə iştirak edən işçilərin tətil dövrü üçün əmək haqqını tam və ya qismən ödəyə bilər.

285-ci maddənin sonuncu - səkkinci bəndi daha önəmlidir. Belə ki, məhkəmə təkbaşına tətil edən işçinin hərəkətlərini qanunsuz və ya əsassız hesab edərsə, o zaman  işçi müvafiq qaydada intizam məsuliyyətinə cəlb edilə bilər.

Fikrimizcə, təkbaşına tətil edən işçinin qalıb gəlməsi ehtimalı azdır, o səbəbdən də, işçinin məhkəməyə müraciət etməsi daha məqsədəuyğundur. Çünki həmkarlar ittifaqı bu tətilə dəstək verə bilməz, yalnız xüsusi hallarda vasitəçilik edə bilər. Bundan əlavə, əmək qanunvericiliyi işəgötürənə imkan verir ki, məhkəmə qərarı əsasında işçini intizam məsuliyyətinə cəlb edərək hətta işdən də çıxarsın.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın