Cümə axşamı, 14 Oktyabr 2021 06:45

Əmək haqqının gecikdirilməsinə görə 1 faizlik ödənc hansı halda tətbiq edilmir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

İşçiyə ödənilməsi gecikdirilmiş əmək haqqına görə faiz hesablanmasına gəlincə isə, Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

Bu bölmədə fərdi əmək mübahisələrinin tənzimlənməsi məsələlərinə də diqqət yetiririk. “A” MMC-nin qanunsuz işdən çıxardığı işçi məhkəmənin qərarına əsasən işə bərpa olunur. Məhkəmənin qərarına əsasən, işçiyə həmin dövrlər üzrə əmək haqqı ödənilməsi tələb kimi nəzərdə tutulur. Maraqlıdır, Əmək Məcəlləsinin 172-ci maddəsindəki əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi bu hala aid edilir, yoxsa yox?

Fikrimizcə, 1 faizin hesablanması sırf fərdi əmək mübahisələrinin yaranmaması hallarına tətbiq edilməlidir. Məhkəmə qərarına əsasən, keçmiş dövrlərdəki əmək haqları bərpa olunduqda, bu maddə gecikmə faizinin hesablanmasını ethiva etmir. Amma işçi məhkəməyə verdiyi iddia ərizəsində əmək haqqının gecikdirilmiş günlərinə görə faiz tətbiq edilməsini və ya hansısa konkret məbləğ tələb edə bilər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın