Cümə, 10 Sentyabr 2021 06:03

İşçinin alkoqollu içki qəbul etməsi bütün hallarda əmək müqaviləsinin xitamına əsas ola bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabındn seçmə

b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması
Mİsal. İşçi iş yerinə sərxoş vəziyyətdə gəlib və işçinin funksional rəhbərliyi bu haqda işəgötürəni məlumatlandırıb. Unutmayın ki, işəgötürən işçinin sərxoş olmasını şəxsi mülahizəsinə əsasən müəyyənləşdirə bilməz. Bu zaman işçinin tibbi müayinədən keçirilməsi üçün onu müvafiq quruma apararaq rəsmi rəy almaq lazımdır. Əgər işçi tibbi müayinədən keçməkdən imtina edərsə, onun bu hərəkəti aktlaşdırılmalıdır.
Bəzən olur ki, işçi, məsələn, bir gün öncə spirti içki qəbul etdiyi üçün ondan xoşagəlməz qoxu gəlir. Bu hal işçinin sərxoş olması demək deyil. Yalnız səhiyyə məntəqəsi işçini müayinə etdikdən sonra rəy verə bilər ki, işçinin son halı onun sərxoş hesab edilməsinə əsas verir, ya yox.
Qeyd etdiyimiz kimi, işçinin sərxoş halda işə gəlməsini təsdiq edən sənədlər varsa, işəgötürən onun əmək müqaviləsinə xitam verə bilər. Amma o da mümkündür ki, işəgötürən Əmək Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq, işçini müvəqqəti işdən kənarlaşdırsın və Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq etsin.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın