Analıq məzuniyyəti müavinətinin hesablanmasının düsturu necədir? (MİSALLA İZAH)

Analıq məzuniyyəti müavinətinin hesablanmasının düsturu necədir? (MİSALLA İZAH)

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasını düstur halında təqdim etdiyimiz kimi, hamiləliyə və doğuma görə müavinətin də düsturunu veririk:

Müavinətin məbləği = ((əvvəlki 12 ayın qazancı) / (əvvəlki 12 ayda iş günlərin sayı) x müavinət dövründəki iş günlərin sayı)

Əvvəlki 12 ayın qazancı -  Müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzində işçinin aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxil olmaqla, cəmi əmək haqqı;

Əvvəlki 12 ayda iş günlərinin sayı - Müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzindəki iş günlərinin sayı əsas götürürlür  İstehsalat təqvimndə aylar üzrə iş günlərinin sayı nəzərə alınır;

Müavinət dövründəki iş günlərinin sayı –  İşçinin xəstəlik dövründəki iş günlərinin sayı.

İndi misal üzərində tərtib etdiyimiz düstura uyğun hesablama aparaq və düsturun hər bəndi barədə izahat verək.

MİsaL 1. Həftədə 5 günlük iş rejimində fəaliyyət göstərən “A” MMC-nin işçisi, 5 illik stajı olan Qasımova Gülnarə xəstəlik vərəqəsi təqdim edir ki, 15 mart 2021-cu il tarixdən əmək qabiliyyətini 126 gün itirəcək. Düstürda istifadə olunan göstəriciləri müəyyənləşdirək.

  1. Əvvəlki 12 ayın qazancının hesablanması

Qasımova Gülnarənin əmək haqqı 700 manatdır və son 12 ayda dəyişməz olduğundan son 12 aylıq gəliri 8 400 manat (700 manat x 12 ay) təşkil edib.

  1. Əvvəlki 12 ayda olan iş günlərinin sayının hesablanması

İşçi fevral ayında xəstələndiyi üçün son 12 aylıq (1 fevral 2020 - 31 yanvar 2021-cu il) dövrü əhatə edən iş günlərinin sayı 241 gün olub.

Bir iş gününə düşən orta gündəlik qazancın məbləği isə 34,85 manat (8 400 manat / 241 gün) təşkil edir.

  1. c) Müavinət dövründəki iş günlərin sayının hesablanması

Xəstəlik vərəqəsinə əsasən, işçi 15 fevral 2021-ci il tarixdən 20 iyun 2021-ci il tarixə kimi, ümumilikdə 126 gün işə çıxmayacaq. İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsinin başlanğıc tarixi 15 fevral 2021-cu ilə təsadüf edir.   15 fevral 2021 - 20 iyun 2020-ci il tarixlərinə kimi iş günlərinin sayı 79 iş günüdür.

İndi isə hesabladığımız göstəriciləri düsturda yerinə qoyaq.

Müavinətin məbləği = (((əvvəlki 12 ayın qazancı)/ (əvvəlki 12 ayda iş günlərin sayı) x müavinət dövründəki iş günlərin sayı) x (staj və kateqoriyaya görə faiz) = ((8 400 manat)/ 241 gün) x 79 iş gün = 2753, 53 manat.

Beləliklə, işəgötürən işçiyə  analıq məzuniyyəti üçün 2753,53 manat müavinət hesablayır. 

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər