İşçinin özü yox ailə üzvünün virusa yoluxarsa proses necə tənzimlənməlidir?

İşçinin özü yox ailə üzvünün virusa yoluxarsa proses necə tənzimlənməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabından seçmə

Koronovirus pandemiyası dövründə rast gəlinən maraqlı məqamlardan biri də işçinin ailə üzvünün virusa yoluxması dövründə hansı addımların atılması məsələsidir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli qərarının 1.5-ci bəndi ilə işəgötürənlərə tapşırılıb ki, koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə imkan olduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin olunsun.

Azərbaycan Respublikasının Baş Nazirinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə ünvanlanmış 16 mart 2020-ci il tarixli, 1/384 nömrəli məktubunun 4-cü bəndində onlara tapşırıq verilib ki, işçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxmasını qadağan etsinlər. 

Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, ailə üzvləri arasında COVİD-19 xəstəsi olduğu halda işçinin evdə karantin şəraitində qalması, imkan olduqda  öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləməsi işəgötürən tərəfindən təmin edilməlidir.

Ailə üzvü koronaya yoluxan işçi TƏBİB tərəfindən tətbiq olunan 14 günlük karantin dövründə evdən (məsafədən) işləməklə bağlı işəgötürənə müraciət etməlidir. Belə ərizənin nümunəvi forması aşağıdakı şəkildə olacaq…

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər