Səhifəni çap et
Çərşənbə, 18 Avqust 2021 08:52

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinəti necə hesablanır? (MİSALLA İZAH)

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Qanunvericiliyin tələblərini nəzərə almaqla, işəgötürən tərəfindən işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanan müavinəti oxucular üçün asan olması məqsədilə aşağıdakı düstur formasına salmışıq:

Müavinətin məbləği = (((əvvəlki 12 ayın qazancı)/ (əvvəlki 12 ayda iş günlərin sayı) x müavinət dövründəki iş günlərin sayı) x (staj və kateqoriyaya görə faiz)

Əvvəlki 12 ayın qazancı -  müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzində işçinin aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxil olmaqla, cəmi əmək haqqıdır.

Əvvəlki 12 ayda iş günlərinin sayı - müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzindəki iş günləridir. Burada işçinin necə gün işləməsi nəzərə alınmır. İstehsalat təqviminə əsasən, aylar üzrə iş günlərinin sayı nəzərə alınır.

Müavinət dövründəki iş günlərinin sayı –  işçinin xəstəlik dövründəki iş günlərinin cəmidir.

Staj və kateqoriyaya görə faiz -  əsasnaməyə əsasən, işçinin iş stajı və digər sosial kateqoriyasına görə  müəyyənləşdirilir.

İndi isə misal üzərində düsturun köməyi ilə hesablama aparaq. Daha sonra düsturun hər bəndi üzrə konkret məlumat təqdim edəcəyik.

MİsaL. Həftədə 5 günlük iş rejimində fəaliyyətdə göstərən “A” MMC-nin işçisi, 15 illik stajı olan işçi xəstəlik vərəqəsi təqdim edir ki, 12 fevral 2021-cu il tarixdən başlayaraq əmək qabiliyyətini  6 günlük itirib.  Əvvəlcə düstür üçün istifadə edəcəyimiz göstəriciləri müəyyən edək.

- Əvvəlki 12 ayın qazancının hesablanması:

Əliyev İmranın əmək haqqı 500 manatdır və son 12 ayda dəyişməz olduğundan son 12 aylıq gəliri 6000 (500 manat x 12 ay) manat təşkil edb.

- Əvvəlki 12 ayda iş günlərinin sayının hesablanması:

İşçi fevral ayında xəstələndiyi üçün son 12 aylıq (1 fevral 2020- 31 yanvar 2021-ci il) dövrü əhatə edən iş günlərinin sayını tapaq:

Hesablamalara əsasən, son 12 ayı ərzində işçinin iş günlərinin sayı 241 gün olub.

- Müavinət dövründəki iş günlərinin sayının hesablanması

Xəstəlik vərəqəsinə əsasən, işçi 12 fevral 2021-ci il tarixdən 6 gün işə çıxmayıb. İşçinin əmək qabiliyyətini itirməsinin başlanma tarixi (12 fevral 2021-ci il) cümə günüdür. 13-14 fevral 2021-ci il tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən işçi cəmi 4 iş günü (12, 15, 16 və 17 fevral 2021) xəstəliyi səbəbindən əmək funksiyasını icra etməyəcək.

- Staj və kateqoriyaya görə faizin hesablanması

Misalımızda işçinin iş stajı 15 il olduğu üçün, Əsasnamənin 62-ci bəndinə əsaslanırıq. Bu halda 12 il və daha çox sosial sığorta stajı olan işçilər üçün qazancın 100 faizi miqdarında hesablama aparılmalıdır.

İndi isə qeyd edilən göstəriciləri düsturda nəzərə alaq.

Müavinətin məbləği = ((6 000 manat) / 241 gün) x 4 iş gün x 100 faiz = 99.58 manat.

Deməli, işəgötürən tərəfindən işçiyə əmək qabiliyyətini itirdiyi 12-17 fevral 2021-ci il tarixləri üçün 99,58 manat müavinət hesablanılıb ödəniləcək.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.