İş vaxtının cəmlənmiş uçotunda əmək haqqının necə hesablanır?

İş vaxtının cəmlənmiş uçotunda əmək haqqının necə hesablanır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

İş vaxtının cəmlənmiş uçotunda əmək haqqının necə hesablanmasına aydınlıq gətirək.  Qeyd edək ki, iş vaxtının cəmlənmiş uçotu zamanı əksər hallarda qeydiyyat dövrü illik götürülür. Məsələnin tam aydın olması üçün, 5 müxtəlif misal üzərində izahat təqdim edirik.

Mİsal 1.  Mühafizəçi vəzifəsində çalışan və 600 manat əmək haqqı alan işçinin iş vaxtının cəmlənmiş uçotunun qeydiyyat dövrü oktyabr ayı olaraq nəzərə alınıb. İşçinin iş vaxtı 2019-ci ilin oktyabr ayında 184 saatdan (23 gün x 8 saat) çox olmayaraq müəyyən edilə bilməz.

Amma mümkündür ki, işçi gün və həftə ərzində müvafiq olaraq 8 saatdan və 40 saatdan çox işə cəlb edilsin. Yetər ki, iş vaxtının müddəti qeydiyyat (uçot) dövrü olan ay ərzində iş günlərinin sayına müvafiq olan 184 saatı keçməsin. Bir məsələni xüsusi vurğulayaq ki, işəgötürən prosesi elə tənzimləməlidir ki, yekunda qeydiyyat (uçot) dövründəki iş müddəti ilə işçinin işlədiyi iş saatları uyğun olsun.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Vüqar 16 Oktyabr 2022

    Salam, mən neft sahəsində çalışıram, ümumi olaraq 18 il iş təcrübəm var, hal-hazırda neft şirkətində işləyirəm və bu şirkətə 2022-ci ilin Fevral ayının 22-dən başlamışam. Mənim kontraktım cəmlənmiş uçot üzərində qurulub, kontraktda iş saatları yazılmayıb. Mən mütəmadi olaraq dənizə və xarici ölkələrə işləməyə gedirəm, yəni şirkətin məni təyin etdiyi işlərə gedirəm. Bilmək istəyirəm mənim əlavə iş saatlarım (overtime hours) necə hesablanmalıdır? Öncədən sizə təşəkkür edirəm Hörmətlə, Vüqar Məmmədov

Şərh yazın

Xəbərlər