Dövlət Vergi Xidməti: “Elə münasibətlər var ki, onları xidmət müqavilələri ilə rəsmiləşdirmək mümkündür” (2-ci yazı)

Dövlət Vergi Xidməti: “Elə münasibətlər var ki, onları xidmət müqavilələri ilə rəsmiləşdirmək mümkündür” (2-ci yazı)

Tural Vəliyev: “Mülki Məcəllənin 390-cu maddəsində tərəflərin azadlığı məsələsi var”

“Asan Radio”da tanınmış jurnalist Əli Əhmədovun aparıcısı olduğu “Sahibkarlar Klubu” verilişində Əmək Məcəlləsində xidmət müqavilələri ilə bağlı edilən son dəyişikliklər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Tural Vəliyevin iştirakı ilə müzakirə olunub. Tural Vəliyev ofisiantların xidmət müqaviləsi ilə çalışması ilə bağlı məhdudiyyətlərə aydınlıq gətirib: “Elə münasibətlər var ki, onları xidmət müqavilələri ilə rəsmiləşdirmək mümkündür. Mülki Məcəllənin 390-cu maddəsində tərəflərin azadlığı məsələsi var. Həmin Məcəllənin 390-cu maddəyə uyğun olaraq tərəflər bu müqavilələri qarşılıqlı iradə azadlıqları ilə həyata keçirirlər.  Ofisiant və digər bu kimi fəaliyyət növlərinə gəlincə isə, Vergi Məcəlləsinin 220.10-cu maddəsi sabit qəbz almaqla fəaliyyət göstərmək imkanları təqdim edir. Həmin maddədə qeyd olunan fəaliyyət növləri ilə məşğul olmaq istəyən şəxslər fərdi qaydada heç bir işçi işə götürmədən özləri VÖEN almaqla bu işləri yerinə yetirmək niyyətindədirlərsə, təbii ki, bu fəaliyyətlərini köhnə qaydada apara bilərlər. O cümlədən, şadlıq evlərində çalışan ofisiantlar da sabit qəbz əldə etməklə bu fəaliyyətlərə cəlb oluna bilərlər. Ofisiant, və digər bu kimi fəaliyyətlər mövsümi işlərlə əlaqəli olduğundan, onlara seçim azadlığı verilir.  Gəlin, biz yenə qayıdaq əmək müqaviləsi ilə mülki hüquqi müqavilə arasında sərhədin harda olması məsələsinə. Mülki Məcəllənin 340-cı maddəsində yalan əqd anlayışı var. Bir əqd başqa bir əqdi pərdələmək məqsədi daşıyırsa, bağlandığı andan etibarsız və əhəmiyyətsiz sayılır. Ona görə də əhəmiyyətsiz, yalan xidmət müqavilələrinin bağlanılmasına qadağa qoyulması məqsədilə Əmək Məcəlləsində dəyişikliklər oldu ki, tərəflərin münasibətləri əmək müqaviləsi formasının məzmununu xatırladırsa, işçi işəgötürənin iş yerində əsas işlərə cəlb olunursa, işçinin məzuniyyət hüququ varsa, o, daxili intizam qaydalarına müvafiq olaraq məsuliyyətə cəlb olunursa, belə münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi yolverilməzdir və rəsmiləşdirildiyi andan etibarsız sayılır. Biz yerli vergi orqanlarına artıq tapşırıq vermişik ki, vergi nəzarət tədbirləri zamanı Əmək Məcəlləsindəki son yenilikləri nəzərə alsınlar. Nəzarət tədbirləri zamanı, vergi əməkdaşları qanunun aliliyi prinsipini nəzərə alıb işlərini bu istiqamətdə quracaqlar.”

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər