Dövlət Vergi Xidməti: “Əmək Məcəlləsində dəyişikliyin məqsəd əmək və xidmət müqavilələri arasında sərhədin müəyyənləşdirilməsidir” (1-ci yazı)

Dövlət Vergi Xidməti: “Əmək Məcəlləsində dəyişikliyin məqsəd əmək və xidmət müqavilələri arasında sərhədin müəyyənləşdirilməsidir” (1-ci yazı)

Bu dəyişikliklər nədən irəli gəldi? Biz nəzarət tədbirlərinə gedirdik...

“Asan Radio”da tanınmış jurnalist Əli Əhmədovun aparıcısı olduğu “Sahibkarlar Klubu” verilişində Əmək Məcəlləsində xidməti müqavilələrlə bağlı edilən son dəyişikliklər müzakirə olunub.  Verilişin qonağı olan İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Tural Vəliyevin fikrincə, mülki hüquqi müqavilələrin tam məhdudlaşdırılması gözlənilmir: “Yeni dəyişikliyə əsasən, əmək münasibətlərinin muzdlu iş münasibətləri yerinə xidməti müqavilələrlə rəsmiləşdirilməsinin qarşısı alınıb. Hansı halda əmək müqaviləsi bağlanmalıydı, faktiki olaraq muzdlu iş görülürdü, orada əmək müqaviləsi yerinə formal olaraq mülki hüquqi müqavilə yəni, xidməti müqavilələri bağlanırdı. Qanunvericilikdə bu konkretləşməninin aparılması ilə əmək və xidməti müqavilələrin arasında bir sərhəd müəyyənləşdirilib. Əmək Məcəlləsində dəyişikliklə bağlı 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikasının qanununda bu müddəalar müəyyən olunub. Əmək münasibətləri anlayışının açılışı məqsədilə 4.1.1-ci maddə əlavə olunub. Əmək münasibətləri dedikdə, seçkili və təyinatlı vəzifə tutan işəgötürənin və bu seçkili təyinatlı və əvəzçilik işlərini yerinə yetirən şəxslərin qarşılıqlı razılıq əsasında qanunvericiliyə, kollektiv sazişlərə əsasən işləri yerinə yetirmələri, iş prosesində də daxili nizam-intizam qaydalarına əməl etmələri üzrə formalaşan münasibətlər başa düşülür. 

Bu dəyişikliklər nədən irəli gəldi? Biz nəzarət tədbirlərinə gedirdik, hər hansı bir istehsal fəaliyyətində və ya pərakəndə, yaxud topdan ticarət fəaliyyətində müşahidə edirdik ki, misal üçün, işəgötürən daxili nizam-intizam qaydalarıma uyğun olaraq işçiyə töhmət verir, işçilərini daxili əmrlə məzuniyyətə buraxır, tabel kitabı tutur, amma tərəflərin qarşılıqlı öhdəliklərini müəyyən edən müqaviləyə gəldikdə isə mülki hüquqi müqavilələr bağlayır. Əmək münasibətlərinin bu cür rəsmiləşdirilməsi sosial sığorta haqlarından və vergidən yayınma niyyəti daşıyırdı, işəgötürən bu istiqamətdə xərclərini optimallaşdırırdı.”

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər