Karantin dövründə işçilərin natamam iş vaxtına keçirilməsi necə rəsmiləşdirilir?

Karantin dövründə işçilərin natamam iş vaxtına keçirilməsi necə rəsmiləşdirilir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Koronavirus pandemiyası ilə bağlı elan olunmuş karantin dövründə işçilərin natamam iş günündə, natamam iş həftəsində işləməsinə keçilməsi hallarına da rast gəlinir. Bu, artıq əmək şəraitinin şərtlərinin dəyişməsidir. Bu hal Əmək Məcəlləsinin 56-cı maddəsi tənzimlənir. Maddənin 2-ci hissəsinə uyğun olaraq işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

Fəaliyyəti qadağan olunmamış sahələrdə işin həcminin azalması səbəbindən işçilərin bəzilərinin natamam iş vaxtına keçirilməsi ilə bağlı əmrin nümunəvi formasını nəzərdən keçirək:

                                                                                             

 

Blank “Alov” MMC

ӘMR

№________

Bakı şәhәri                                            ____ ____________2020-ci il

Koronavirus pandemiyası ilə bağlı bəzi işçilərin natamam iş vaxtına keçirilməsi haqqında

Azәrbaycan Respublikasının Nazirlər Kabinetinin ____ __________2020-ci il tarixli, ____ №-li qərarı ilə sərt karantin rejimi elan edildikdən sonra satışın həcminin azalmasının müəssisənin maliyyə vəziyyətinə vurduğu ziyanın təsirlərinin azaldılması məqsədilə

ӘMR EDİRӘM:

  1. Satış şöbəsinin işçiləri 1 (bir) ay sonra, ____ __________2020-ci il tarixdən 2 (iki) ay müddətində saat 9:00-dan saat 15:00-dək olmaqla natamam iş gününə keçirilsinlər.
  2. Baş mühasib Əliyev Tapdıq Samir oğlu qeyd olunan işçilərin əmək haqlarını işlədikləri natamam iş gününə uyğun hesablanıb ödənilməsini təmin etsin.
  3. Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızı:

3.1. Əmək şəraitinin şərtlərinin dəyişməsi ilə bağlı işçiləri məlumatlandıraraq onların razılığını alsın.

3.2. Yeni əmək şəraiti ilə işləməyə razı olmayan işçilərlə Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə uyğun davranılsın.

3.3. Əmək şəraitinin şərtlərinin dəyişməsinə yazılı şəkildə razılıqlarını bildirən işçilərlərin əmək  müqavilələrinə Əlavə Razılaşma hazırlayaraq imzalatsın və müvafiq tarixdə elektron sistemə işlənilməsini təmin etsin. 

3.4. əmrin tələblərinin iş vaxtının tabel uçotunda nəzərə alınmasını təmin etsin.

3.5. işçilər əmrlə imza atmaqla tanış edilsin.  

 

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

__________ Muradov D.Ə.

Tarix: ________

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər